Modern.az

Türkiyədə toy-nişan mərasimləri ölkə üzrə qadağan olundu

Türkiyədə toy-nişan mərasimləri ölkə üzrə qadağan olundu

Aktual

3 Sentyabr 2020, 08:48

Türkiyədə toy mərasimləri ölkə üzrə qadağan edilib. Belə ki, Daxili İşlər Nazirliyi bu günə kimi 14 şəhərdə icazə verilməyən toy-nişan tədbirlərini ölkə üzrə qadağan edən sənəd hazırlayıb.

 

Modern.az “Hürriyet”ə istinadən xəbər verir ki, yeni qərara əsasən, 4 sentyabr tarixindən etibarən toy, nikah, nişan mərasimləri qadağan ediləcək.

 

Yalnız nikah şəklində keçirilən məclislər bir saat davam edə bilər. Həmin məclislərdə kütləvi şəkildə yemək verilməsi, bəylə gəlinin birinci və ikinci dərəcəli yaxını olmayan 65 yaş və ondan yuxarı şəxslərin, 15 yaşdan aşağı uşaqların nikah mərasimlərinə gəlməsi də qadağandır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
DTX Əli Kərimliylə bağlı buna icazə verdi