Arxiv
9 Sentyabr 2020, 09:23 | ÖLKƏ
Ramiz Mehdiyevin daha iki vəzifədən kənarlaşdırılması RƏSMİLƏŞƏCƏK

Dövlət başçısı İlham Əliyevun dünən imzaladığı sərəncamla Əfv Məsələləri Komissiyasının yeni tərkibi təsdiqlənib və bununla da Prezident Administrasiyasının sabiq rəhbəri, Milli Elmlər Akademiyasının prezidenti, akademik Ramiz Mehdiyevin qurumun sədri vəzifəsindən azad edilməsi rəsmiləşib.

Bu, son günlər həm siyasi çevrələrdə, həm də mətbuatda və sosial şəbəkələrdə personası ətrafında müzakirələr gedən 82 yaşlı Ramiz Mehdiyevin uzaqlaşdırıldığı ikinci komissiyadır.

Belə ki, bir neçə gün öncə - Prezidentin 3 sentyabr 2020-ci il tarixdə imzaladığı fərmanla Ramiz Mehdiyevin Azərbaycan Respublikasının Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyasının sədri vəzifəsindən də kənarlaşdırlması rəsmiləşmişdi.


Amma bu hələ son deyil...

Modern.az-ın məlumatına görə, yəqin ki, AMEA prezidentinin daha bir neçə vəzifədən kənarlaşdırlıması rəsmiləşəcək.

Bunlardan biri Prezident yanında Vətəndaşlıq Məsələləri Komissiyasının sədri, digəri isə Prezident yanında Heraldika Şurasının sədri postlarıdır. Prosedura görə, hər iki qurumun sədri Prezident Administrasiyasının rəhbəri vəzifəsini tutan şəxs olmalıdır.

Ramiz Mehdiyev isə Prezident Administrasiyasının rəhbəri vəzifəsindən çıxarıldığına görə, onun bu iki qurumun da sədrliyindən uzaqlaşdırlması rəsmiləşdirilməlidir.


Ramiz Mehdiyev hazırda həm də Azərbaycan Respublikasının Təhlükəsizlik Şurasının üzvüdür.

Bundan başqa, onun Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti olmaqla yanaşı, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının 1999-cu ildən fəaliyyət göstərən Dövlət qulluğu və kadr siyasəti kafedrasının müdiri vəzifəsini tutduğu da məlumdur.


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
FHN-dən hava ilə əlaqədar əhaliyə müraciət 3 Avqust 2021, 18:11 Eldəniz Səlimov məhkəməyə gətirildi - FOTO (YENİLƏNİB) 3 Avqust 2021, 18:10 MAXE olmaq istəyənlər imtahan verir - VİDEO 3 Avqust 2021, 18:00 “Azərbaycan sağ olsun, helikopter göndərdi” - Çavuşoğlu 3 Avqust 2021, 17:56 MOİK təmsilçisi Olimpiya medalı qazandı 3 Avqust 2021, 17:52 Rusiya yeni hipersəsli raket hazırlayır 3 Avqust 2021, 17:46 Vilayət Eyvazov iki polis rəisini işdən çıxardı 3 Avqust 2021, 17:40 Müasir müstəqil Azərbaycan dövləti bu gün ən yüksək zirvədədir 3 Avqust 2021, 17:34 İşgəncələrə məruz qalan qadın qətlə yetirildi 3 Avqust 2021, 17:28 Yardımlıdakı yanğın hələ də davam edir - VİDEO 3 Avqust 2021, 17:22 Ərdoğan İlham Əliyevə təşəkkür etdi    3 Avqust 2021, 17:16 Manatın məzənnəsi sabit qaldı 3 Avqust 2021, 17:10 Mübariz İbrahimov küçəsi təmir olundu - FOTOLAR 3 Avqust 2021, 17:04 Azərbaycanlı idmançı Tokio-2020nin finalında 3 Avqust 2021, 16:58 “Twitter”dəki yenilik ləğv edildi 3 Avqust 2021, 16:52 Türkiyədə olan qüvvələrimizin fəaliyyəti yüksək qiymətləndirilir - FOTO 3 Avqust 2021, 16:46 Almeyda "Qarabağ"a qayıtdı 3 Avqust 2021, 16:40 Azərbaycanın diaspor təşkilatlarından Türkiyəyə DƏSTƏK 3 Avqust 2021, 16:34 Təhsil nazirindən yeni TƏYİNAT 3 Avqust 2021, 16:28 Bakıda tiryəkxana aşkar edildi - 5 nəfər saxlanıldı 3 Avqust 2021, 16:22 Komitə sədri səfirlə görüşdü - FOTO 3 Avqust 2021, 16:16 Traktordan yanacaq oğurlayan şəxslər tutuldu 3 Avqust 2021, 16:10 ABŞ son 40 ilin ən böyük hərbi təliminə başladı 3 Avqust 2021, 16:04 Vilayət Eyvazov sıra baxışı keçirdi 3 Avqust 2021, 15:58 Külə dönən meşələr: Dünyanın ən dəhşətli yanğınları - FOTOLAR 3 Avqust 2021, 15:52 DOST Mərkəzlərinin rayonlarda filalları yaradılacaq 3 Avqust 2021, 15:46 Orta məktəbdən oğurluq edildi 3 Avqust 2021, 15:40 Erməniyə qalib gələn güləşçimizin FOTOLARI 3 Avqust 2021, 15:34 “ASAN xidmət” mərkəzlərinin sayı 21-ə çatdı 3 Avqust 2021, 15:28 Meşədə narkotik becərənlər “iş başında” yaxalandı - FOTO 3 Avqust 2021, 15:22 Müsavatçının oğlu sərbəst buraxıldı 3 Avqust 2021, 15:16 Dövlət Komitəsində britaniyalı siyasətçi ilə görüş keçirilib 3 Avqust 2021, 15:10 Agentlikdən xəbərdarlıq - Tərəvəz məhsulları arasında təhlükəli virus yayılır 3 Avqust 2021, 15:04 Tokio-2020:  Güləşçimiz erməniyə qalib gələrək medal qazandı - VİDEO 3 Avqust 2021, 14:58 Narkotik satışı ilə məşğul olan ana-bala saxlanıldı - VİDEO 3 Avqust 2021, 14:52