Modern.az

Hərbçi olmaq istəyənlərə yeni xəbər

Hərbçi olmaq istəyənlərə yeni xəbər

Aktual

27 İyul 2012, 10:30

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Respublikası Müdafiə Nazirliyinin rəsmi müraciətinə əsasən, 2012/2013-cü tədris ili üçün Azərbaycan bölməsində mülki ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə  qəbul imtahanlarında 200 və daha yüksək bal toplamış 19 yaşınadək oğlan abituriyentlərin Azərbaycan Ali Hərbi Məktəblərinin boş (vakant) yerlərinə qəbul olunması üçün müsabiqə keçirir.

TQDK-dan Modern.az-a verilən məlumata görə, ali hərbi məktəblərə qəbul olmaq arzusunda olan namizədlər iyulun 27-dən avqustun 4-dək H. Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində yaradılmış Sənəd Qəbulu Komissiyasına  (ünvan: Xətai rayonu, Zığ qəsəbəsi, Naximov küçəsi, 18. Telefon: 479-78-42/43) müraciət edə bilərlər.

Anar RÜSTƏMOV

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok