Arxiv
12 Aprel 2021, 11:38 | HADİSƏ
Xocalıda hər iki valideynini itirənlər hələ “şəhid ailəsi” statusu almayıblar

Xocalı soyqırımı Azərbaycan tarixinin unudulmaz səhifəsidir. Bu qətliam nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i yaşlı  olmaqla 613 Xocalı sakini öldürülüb, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla 487 nəfər yaralanıb. 1275 nəfər əsir və girov götürülüb. Əsir və girov götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

1992-ci ildə Xocalı qətliamı zamanı hər iki valideynini itirən 25 nəfər uşağın hamısı artıq 30-40 yaşını keçib.

Amma onlar “şəhid ailəsi”nin üzvləri statusu almayıblar.


Modern.az
Xocalıdan olan “25-lər”in “şəhid ailəsi” statusu alması məsələsinə toxunub.


“25-lər”dən olan Yasəmən Həsənova statusla bağlı aidiyyatı qurumlara müraciət etdiyini bildirib:


“Biz çox istəyərdik ki, “şəhid ailəsi” statusu alaq. Status barədə aidiyyatı qurumlara müraciət etmişik, amma bizə deyilib ki, 18 yaşımıza qədər əlilliyimiz olmalı idi. Yəni faciə gecəsi meşədə güllə yarası alsaydıq və ya səhhətimizdə problem olsaydı, maddi yardım ala bilərdik. Bizim atamız Milli Qəhrəman adı alıb. Biz üç övladıq və heç birimiz hazırda Milli Qəhrəman ailəsinə verilən müavinəti almırıq. Çünki bizim əlilliyimiz yoxdur və 18 yaşımızı keçmişik.

Mən dövlətimdən hər zaman razı olmuşam. Tək bir istəyim  var: “şəhid ailəsi” statusu almaq. Bu statusun verilməsi “25-lər”in yarasına məlhəm olar. Biz də şəhid övladı, hər iki valideyinini itirən şəxs kimi istəyərdik ki, “şəhid ailəsi” statusu daşıyaq”.


“25-lər”dən digər biri - Həmayıl Xəlilova da “şəhid ailəsi” statusu almaq istədiyini qeyd edib:


““Şəhid ailəsi” adı almaq bizim üçün çox önəmlidir, başqa insanlara adi gəlsə də, bu status bizim yaramızın bağlanmasına kömək edər”.  


Milli Məclisin deputatı Əziz Ələkbərli status məsələsinə aydınlıq gətirib. O bildirib ki, Xocalı soyqırımı nəticəsində hər iki valideynini itirmiş 25 nəfər heç şübhəsiz ki, şəhid ailəsi üzvləridir və şəhid ailəsi kimi Azərbaycan qanunları çərçivəsində müəyyən olunmuş güzəşt və imtiyazlara malikdirlər və onlardan istifadə etməlidirlər:


“Əgər bu günə kimi onlara “şəhid ailəsi” statusu verilməyibsə, bu başadüşülən deyil və mütləq məsələ həllini tapmalıdır. Xocalı soyqırımı zamanı qətlə yetirilmiş bütün soydaşlarımız şəhiddirlər. Bu məsələ heç vaxt müzakirə mövzusu ola bilməz. Bu, Xocalı soyqırımını dünya miqyasında tanıtmaq istiqamətində görülən böyük işlərə də dəstəkdir. Bu yaxınlarda cənab Prezident Vətən Müharibəsi zamanı erməni terroru nəticəsində həlak olan 94 mülki şəxsə şəhid statusu verdi. Elə hesab edirəm ki, Xocalı faciəsinin 30-cu ildönümü münasibətilə Xocalıda şəhid olmuş mülki əhaliyə də bu status verilə bilər.

Amma status məsələsi ilə güzəşt məsələsini qarışdırmaq olmaz. Bəziləri statusa əlavə güzəşt, əlavə yardım kimi baxmasın. Xocalı soyqırımı nəticəsində zərər çəkmiş bütün soydaşlarımız bu günə qədər həm məcburi köçkün kimi, həm də şəhid övladı kimi Azərbaycan qanunları çərçivəsində bir çox güzəşt və imtiyazlardan istifadə ediblər. Status isə tamam başqa məsələdir. Bu və ya digər güzəştin itirilməsi statusun itirilməsi demək deyil. Şəhidlik və “şəhid ailəsi” statusu bir dəfə verilir və heç vaxt da itirilmir. Bu və ya digər obyektiv səbəbdən itirilən güzəştlər olur. 

Xocalı soyqırımının 30 illiyi ilə bağlı isə şübhəsiz ki, hər birimizin gözləntiləri var. Artıq bu, haradansa əlavə yardım və ya güzəşt gözləntisi yox, soyqırımının dünya miqyasında daha geniş arenada tanıtma gözləntiləri olmalıdır. Bu statusun verilməsi Xocalı faciəsinin günahkarlarını və iştirakçılarını Azərbaycanın ədalət məhkəməsi qarşısında əyləşdirib, layiq olduqları cəzanı vermək istiqamətində olmalıdır. Biz artıq 44 günlük Vətən müharibəsində möhtəşəm qələbə qazanmış və dünya qarşısına milli qüruru ilə çıxmış bir xalqıq. Bu qürura da layiq davranmalı, bundan sonra artıq yardımlar dalınca yox, Böyük Qayıdış yolunda yürüməliyik”.



Mehri QURBAN

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Emmanuel erməni Emma Makronyanın oğludur… 16 May 2021, 16:08 Ermənistanın birinici prezidenti parlament seçkilərində iştirak edə bilər 16 May 2021, 16:01 Müharibədən sonra 21 mindən çox insana sosial dəstək göstərilib 16 May 2021, 15:42 SOCAR Ukraynada yanacaq satışını DAYANDIRDI 16 May 2021, 15:36 7 marşrut üzrə avtobuslar kart sisteminə keçir - SİYAHI 16 May 2021, 15:30 Ermənistanla Azərbaycan arasında “sərhəd danışıqları” aparılır - YENİLƏNİB 16 May 2021, 15:28 Apreldə 5 mindən çox yeni abonent qeydə alınıb 16 May 2021, 15:24 İsrailə bütün beynəlxalq uçuşlar dayandırıldı 16 May 2021, 15:18 Makronun erməni sevgisinin arxasında nələr dayanır...                                   16 May 2021, 15:12 Niderlandda yaşayan soydaşlarımızdan humanist addım    16 May 2021, 15:06 Şuşanın turizm potensialı ilk dəfə beynəlxalq sərgidə - FOTO 16 May 2021, 15:00 Tanınmış jurnalist vəfat etdi 16 May 2021, 14:54 Suqovuşan yaxınlığında ASALA-nın anbarı aşkarlandı - FOTO 16 May 2021, 14:48 Qəzza sektorunda ölənlərin sayı 200-ü KEÇDİ 16 May 2021, 14:42 XTQ gizirinin Nigara etdiyi evlilik təklifinin VİDEOSU 16 May 2021, 14:37 Şahbaz Xuduoğlunun velosipedi oğurlandı 16 May 2021, 14:32 Qarabağda döyüşən livanlı terrorçunun məhkəməsi başladı 16 May 2021, 14:26 Məmur olmaq istəyənlər imtahan verdilər 16 May 2021, 14:20 Türkiyəyə göndərilən daha 5 qazimiz Vətənə dönüb 16 May 2021, 14:14 Paşinyanın atası türkdür? - Azərbaycanlı siyasətçidən AÇIQLAMA 16 May 2021, 14:08 Azərbaycanın əsas ticarət TƏRƏFDAŞLARI - SİYAHI 16 May 2021, 14:04 Milli Məclis sədrinin İtaliyaya səfər proqramı AÇIQLANDI 16 May 2021, 14:00 “Ordumuzun təlimləri Ermənistana əzələ nümayişidir” - Hərbi ekspert 16 May 2021, 13:54 Azərbaycanda ÜDM azalıb 16 May 2021, 13:48 Şəhid zabitin dəfnindən FOTOLAR 16 May 2021, 13:42 Naxçıvan Qarnizonu döyüş tapşırıqlarını icra etmək üçün təyinat rayonlarına çıxarılır 16 May 2021, 13:36 “Allah hər kəsə Şuşa ziyarəti qismət etsin!” - Şuşadan qayıdan SƏNƏTÇİLƏR 16 May 2021, 13:30 Azərbaycan Ordusuna həyəcan siqnalı verildi - VİDEO 16 May 2021, 13:24 Şəhid gizir Qubada dəfn olundu - FOTOLAR 16 May 2021, 13:18 Azərbaycan daha bir beynəlxalq sənədi təsdiq edir 16 May 2021, 13:12 Yazıçıdan azad olunmuş ərazilərlə bağlı TƏKLİF - “70 yaşdan yuxarı insanları...” 16 May 2021, 13:06 Başçı gözləyən rayonlar... 16 May 2021, 13:01 Ermənistan Təhükəsizlik Şurası Qaragöllə bağlı TOPLAŞDI 16 May 2021, 13:00 Türkiyədə bu şəxslər üçün karantin yumşaldılır 16 May 2021, 12:55 “Xanımlar mühəndislikdə: çağırışlar və imkanlar” müzakirəsi aparıldı 16 May 2021, 12:50