Modern.az

Cəlilabad sakini Bakıda narkotiklə tutuldu

Cəlilabad sakini Bakıda narkotiklə tutuldu

Aktual

24 Aprel 2021, 12:41

Bakıda narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, Qaradağ Rayon Polis İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında Qızıldaş qəsəbəsi ərazisində keçirdikləri əməliyyat tədbirləri nəticəsində Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş A.Məmmədov saxlanılıb. Şəxsi axtarış zamanı ondan 1,534 qram heroin və 4 qramdan artıq marixuana aşkarlanıb. Davam etdirilən tədbirlərlə onun müvəqqəti yaşadığı yerə baxış zamanı oradan 16 kiloqramdan artıq marixuana götürülüb.

 

Araşdırma aparılır.

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistanda qarşıdurma gücləndi: Paşinyanın istefası tələb edilir