Modern.az

Azərbaycanda Təmiz Enerji Mərkəzi yaradılacaq

Azərbaycanda Təmiz Enerji Mərkəzi yaradılacaq

27 Noyabr 2021, 15:37

Azərbaycanda İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) Təmiz Enerji Mərkəzinin yaradılması ilə bağlı razılıq əldə olunub.

 

Modern.az xəbər verir ki, bunu bu gün keçirilən İƏT-in xarici işlər nazirlərinin toplantısında Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

 

"Bu mərkəz Birləşmiş Millətlər Təşkilatının (BMT) Sənaye İnkişafı Təşkilatının (UNİDO) Davamlı Enerji Mərkəzlərinin Qlobal Şəbəkəsinin bir hissəsi olaraq yaradılır", - nazir bildirib.

 

Bundan başqa, M. Çavuşoğlu, İƏT-in Ticarət və İnkişaf Bankının (ECOBANK) dəstəyə ehtiyacı olan digər mühüm qurum olduğunu bildirib:

 

“Bankın institusional və maliyyə imkanları artırılmalıdır. İƏT-in bütün üzvlərini banka qoşulmağa dəvət edirik”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı