İspaniyanın “Barselona” futbol klubunun prezidenti Joan Laporta Bakıda maraqlı görüntüləri ilə diqqət çəkib.
Modern.az xəbər verir ki, “Sabah”la qarşılaşma üçün Azərbaycana gələn klub prezidenti qaldığı hoteldə əylənib.
Laporta Azərbaycan plovunun dadına baxıb, pivə içib və mahnı oxuyub. Onun Bakıdakı əyləncəli anları kameralara tuş gəlib.
Qeyd edək ki, “Sabah” – “Barselona” qarşılaşması sabah saat 21:45-də başlayacaq.