Modern.az

BDU-da vakansiyaya çıxarılan dekan vəzifələrini kimlər tutur?

BDU-da vakansiyaya çıxarılan dekan vəzifələrini kimlər tutur?

Təhsil

Bu gün, 15:05

Bakı Dövlət Universitetində (BDU) 9 fakültə üzrə dekan vəzifələrinin tutulması üçün müsabiqə elan edilib.

Müsabiqə Tarix, Biologiya, Mexanika-riyaziyyat, Geologiya, Filologiya, Fizika, Sosial elmlər və psixologiya, İnformasiya və sənəd menecmenti, Jurnalistika fakültələrini əhatə edir.

Modern.az xəbər verir ki, AzEdu.az müsabiqəyə çıxarılan fakültələrin hazırkı dekanları haqqında məlumatı təqdim edir. 

Tarix fakültəsi - İbrahim Zeynalov

İbrahim Xudaverdi oğlu Zeynalov 5 fevral 1954-cü ildə anadan olub. O, tarix elmləri doktoru, professordur. BDU-nun Tarix fakültəsində ali təhsil alıb. 1986-cı ildə namizədlik, 1999-cu ildə isə doktorluq dissertasiyasını müdafiə edib. 2019-cu ildən BDU-nun Tarix fakültəsinə rəhbərlik edir. Hazırda 72 yaşı var.

Biologiya fakültəsi - Afət Məmmədova

Afət Oktay qızı Məmmədova 1966-cı ildə anadan olub. O, biologiya elmləri doktoru, professordur. Bakı Dövlət Universitetinin Botanika kafedrasının professoru və Biologiya fakültəsinin dekanı kimi fəaliyyət göstərir.

Afət Məmmədova 100-dən çox elmi əsərin, o cümlədən dərslik, monoqrafiya, dərs və metodik vəsaitlərin müəllifidir. Onun, həmçinin 2 patent və 2 ixtirası var. Hazırda 60 yaşı var.

Mexanika-riyaziyyat fakültəsi – Ziyatxan Əliyev

Ziyatxan Seyfəddin oğlu Əliyev 8 mart 1965-ci ildə Gürcüstanın Qardabani rayonunun Qaracalar kəndində anadan olub. O, riyaziyyat elmləri doktoru, professordur. 1986-cı ildə Azərbaycan Dövlət Universitetini (indiki BDU) bitirib. 1990-cı ildə fizika-riyaziyyat elmləri namizədi, 2012-ci ildə isə riyaziyyat üzrə elmlər doktoru elmi dərəcəsini alıb.

Əmək fəaliyyətinə 1986-cı ildə Kosmik Tədqiqatlar Elm İstehsalat Birliyində başlayıb. 1990-cı ildən BDU-nun Riyazi analiz kafedrasında çalışır. Hazırda həmin kafedranın professoru olmaqla yanaşı, Mexanika-riyaziyyat fakültəsinin dekanıdır. 2022-ci ildən bu vəzifəni icra edir. Hazırda 61 yaşı var.

Geologiya fakültəsi - Mamoy Mansurov

10 oktyabr - Bakı Dövlət Universitetinin Geologiya fakültəsinin dekanı,  geologiya-mineralogiya elmləri doktoru MAMOY İBRAHİM oğlu MANSUROVUN doğum  günüdür. Təbrik edirik! Can sağlığı, elmi-pedaqoji

Mamoy İbrahim oğlu Mansurov 10 oktyabr 1962-ci ildə Tovuz rayonunun Kirən kəndində anadan olub. 1989-cu ildə Bakı Dövlət Universitetinin Geoloji-coğrafiya fakültəsini mühəndis-geoloq ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib. Həmin ildən BDU-da əmək fəaliyyətinə başlayıb.

2010-cu ildən BDU-nun Faydalı qazıntılar kafedrasının dosentidir. 2021-ci ilin oktyabrından Geologiya fakültəsinin dekanı vəzifəsini icra edib, 2022-ci ildən isə fakültənin dekanı kimi fəaliyyət göstərir. Hazırda 64 yaşı var.

Filologiya fakültəsi - Elçin Məmmədov

Elçin Hüseyn oğlu Məmmədov filologiya üzrə fəlsəfə doktoru, dosentdir. 1973-cü ildə Naxçıvan Muxtar Respublikasının Culfa rayonunun Göydərə kəndində anadan olub. 1991-1996-cı illərdə BDU-nun Filologiya fakültəsində təhsil alıb. 1998-ci ildən universitetdə çalışır. 2007-ci ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb. 2016-cı ildən Filologiya fakültəsinin dekanıdır. Hazırda 53 yaşı var.

Fizika fakültəsi - Bəxtiyar Paşayev

193601

Bəxtiyar Gülmalı oğlu Paşayev 1974-cü ildə Şəmkir rayonunun Könüllü kəndində anadan olub. O, fizika elmləri doktoru, Bakı Dövlət Universitetinin Fizika fakültəsinin dekanı və Optika və molekulyar fizika kafedrasının dosentidir. Əvvəllər fakültədə dekan müavini vəzifəsində çalışıb.

2003-cü ildə fizika-riyaziyyat elmləri namizədi, 2021-ci ildə isə fizika üzrə elmlər doktoru elmi dərəcəsini alıb.

Bəxtiyar Paşayev 90-dan çox elmi məqalənin, bir monoqrafiyanın, iki dərs vəsaitinin, bir preprintin və üç fənn proqramının müəllifidir. Hazırda 52 yaşı var.

Sosial elmlər və psixologiya fakültəsi - Rövşən Cavadov

Rövşən Əli oğlu Cavadov 25 fevral 1949-cu ildə Ağdam rayonunun Əliağalı kəndində anadan olub. O, psixologiya üzrə fəlsəfə doktoru, dosent və Bakı Dövlət Universitetinin Sosial elmlər və psixologiya fakültəsinin dekanıdır.

1971-ci ildə Azərbaycan Dövlət Pedaqoji İnstitutunun Riyaziyyat fakültəsini bitirib. 1975-1978-ci illərdə BDU-nun Psixologiya kafedrasında əyani aspirantura təhsili alıb, 1990-cı ildə namizədlik dissertasiyasını müdafiə edib. Əmək fəaliyyətinə riyaziyyat müəllimi kimi başlayan Rövşən Cavadov daha sonra BDU-da müəllim, baş müəllim və dosent vəzifələrində çalışıb. 1992-2006-cı illərdə Sosial elmlər və psixologiya fakültəsinin ilk dekan müavini olub. O, 6-dan çox dərslik və dərs vəsaitinin, 80-ə yaxın elmi məqalə, tezis və fənn proqramının müəllifidir. Hazırda 77 yaşı var.

İnformasiya və sənəd menecmenti fakültəsi - Ələmdar Bayramov

Bayramov Ələmdar Qənbər oğlu

Ələmdar Qənbər oğlu Bayramov filologiya üzrə fəlsəfə doktoru, dosentdir. 4 avqust 1980-ci ildə Kəlbəcər rayonunda anadan olub. 1997-2001-ci illərdə BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində bakalavr, 2001-2003-cü illərdə magistratura təhsili alıb. 2012-ci ildə fəlsəfə doktorluğu dissertasiyasını müdafiə edib. 2022-ci ildən İnformasiya və sənəd menecmenti fakültəsinin dekanıdır. Hazırda 46 yaşı var.

Jurnalistika fakültəsi - Vüqar Zifəroğlu

Mətbuat Şurasının yeni sədri kimdir? - DOSYE | Modern.az

Vüqar Zifər oğlu Əliyev 1978-ci il oktyabrın 12-də Bakı şəhərində anadan olub. 1995-2001-ci illərdə BDU-nun Beynəlxalq jurnalistika ixtisası üzrə bakalavr və magistr pillələrində təhsil alıb. 2005-ci ildə namizədlik, 2017-ci ildə isə doktorluq dissertasiyasını müdafiə edib. Filologiya elmləri doktoru, professordur. 2001-ci ildən BDU-da çalışan Vüqar Zifəroğlu 2010-2017-ci illərdə universitetin “Jurnalistika” elmi-tədqiqat laboratoriyasının müdiri olub. 2017-ci ilin may ayından Jurnalistika fakültəsinin dekanı vəzifəsində çalışır. Hazırda 48 yaşı var.

Qeyd edək ki, Vüqar Zifəroğlu 2026-cı il oktyabrın 16-da Azərbaycan jurnalistlərinin IX qurultayında Azərbaycan Mətbuat Şurasının sədri seçilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Parlamentdə qohumbazlığa ETİRAZ: Mehdiyevin oğlu məhkəməyə gətirildi