Modern.az

DİM-in sədri vəzifəsini kimin icra edəcəyi açıqlandı - RƏSMİ

DİM-in sədri vəzifəsini kimin icra edəcəyi açıqlandı - RƏSMİ

Ölkə

Bu gün, 14:00

Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri vəzifəsinin müvəqqəti icrasının kimin həyata keçirəcəyi məsələsinə aydınlıq gətirilib.

DİM-dən Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, Mərkəzin İdarə Heyətinin sədri təyin olunanadək həmin vəzifənin müvəqqəti icrasının həvalə edilməsi Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə müəyyən olunur.

Qeyd edək ki, Məleykə Abbaszadə noyabrın 19-da DİM-in İdarə Heyətinin sədri vəzifəsindən azad edildikdən sonra quruma yeni rəhbərin təyinatı və ya səlahiyyətlərin müvəqqəti icrası ilə bağlı hələlik rəsmi sərəncam imzalanmayıb.

Hazırda ictimaiyyətin və təhsil camiəsinin diqqəti dövlət başçısının bu istiqamətdə verəcəyi qərara yönəlib.

Whatsapp
Bizə yazın!
Keçid et
ŞOK HÜCUM! Ukrayna ordusu Rusiyaya girdi - Bu ərazini ələ keçirdi