Arxiv
27 Dekabr 2012, 12:04 | ÖLKƏ
“Gədəbəy” - adın mənşəyi - iddialar, mübahisələr, təkliflər... ARAŞDIRMA

Azərbaycanda ilk elektrik enerjisi və dəmir yolunun salındığı rayonun ilk adı “Mədən” olub


Sazın, sözün beşiyi, Azərbaycanda ilk elektrik enerjisi və dəmir yolunun salındığı, vaxtilə dünyanın sayılıb-seçilən sənaye mərkəzlərindən olan, hər daşında bir tarix bəsləyən, Azərbaycanın əfsanələr paytaxtı Gədəbəyin adının hardan qaynaqlanması, etimoloji araşdırmaların kasadlığı bəzi mübahisələrə səbəb olur. Bəlkə də buna görədir ki, cəmiyyətdə bu  rayonun adına birmənalı yanaşılmır. Hətta rayonun adının dəyişdirilməsini də istəyənlər az deyil. Bütün bunları nəzərə alaraq Modern.az Gədəbəy rayonunu adının mənasını və bu adın dəyişdirilməsinə ehtiyac olub-olmadığını araşdırıb.

Uzun müddət AMEA-nın Tarix, Dilçilk, Coğrafiya institutlarını ələk-fələk edəndə gördük ki, hərdən öz peşələrinin mütəxəssisi kimi tanınan şəxslər bu məsələdə heç də mütəxəssis deyillər. Belə ki, onlardan heç kim dəqiq mənbə göstərə bilmədiyindən fikirlərini eşitdikləri versiyalarla ifadə etdilər. Amma alimlərdən  fərqli olaraq, rayonun adının mənasını bilənlər də tapıldı və onlar heç də rayonun adının dəyişdirilməsinin tərəfdarı olmadıqlarını bildirdilər.   

Fəlsəfə elmlər doktoru İzzət Rüstəmov vaxtilə Gədəbəy rayonunun adının Mədən olduğunu, sonradan Gədəbəy adlandırıldığını söylədi. Onun sözlərinə görə, mis, qızıl yataqları kəşf olunduğundan bu ərazi Mədən adlanıb:

“Gədəbəyin mənası bəylər, hampa olan yer deməkdir. Çox vaxt “gədə” sözü aşağılayıcı, sayılmayan kimi qələmə verilir. Amma əslində belə deyil. Bu adın kökündə bəylik durur. Vaxtilə “Mədən” adlandırılan rayon mərkəzi sonradan “Gədəbəy” olub. Rayonun elə kəndləri var ki, oranı pisləyirlər, çox geri qaldığını deyirlər. Halbuki, 19-cu əsrdə həmin kəndləri işıq və sivilizasiya mərkəzi adlandırırdılar. Hətta adları kitablara da düşüb. Dilçilərin əksəriyyəti “Gədəbəy” sözünün ərəb dilindəki “Qodabek” sözündən götürüldüyünü deyirlər. Bu sözün isə tərcüməsi “mis bəyi” deməkdir. Söz uzun illər müəyyən dəyişikliyə məruz qalaraq “Gədəbəy” formasını alıb. Odur ki, Gədəbəyin adının dəyişdirilməsinə ehtiyac yoxdur ”.  

Azərbaycan ədəbiyyatının tanınmış nümayəndəsi, şair İlyas Tapdıq isə hesab edir ki, tıva dilində “Gədəbəy” sözünün mənası dağlıq yer deməkdir. Onun sözlərinə görə, bu sözün mənası “gədik” sözünə yaxındır.
“İkinci bir tərəfdən Quba rayonunda da Gədəzeyxur kəndi var ki, bu da dağlıq yer mənasını verir. Belə bir versiyalar da var ki, vaxtilə Gədəbəydə kattalar olub, amma bəylik olmayıb. Həmin kattalar çox yaxşı olduğundan ona kətta-bəy (böyük bəy) deyirlərmiş. Sovet hakimiyyəti qurulandan sonra isə Gədəbəyə rayon statusu verilib. Belə deyirlər ki, Şəmkirdə Allahyar və Dilqəm bəy olub, car hökuməti qurulanda onların bütün torpaqları əllərindən alınıb. Elə o vaxtdan da həmin rayon “bəy yeri” kimi işlənib. Başqa versiya isə oğlan, bəy mənasını verir”.   

Gədəbəyli deputat Rafiq Məmmədhəsənov dəyişikliklə bağlı təklif irəli sürənlərin ciddi səhvə yol verdiyini dedi. Onun sözlərinə görə, “gədə” sözü ayrı mənanı verir, “gəda” ayrı. Bunları qarışdırmaq olmaz.
““Gədə” cavanlara deyirlər. Ona görə də bunun fərqində olmaq lazımdır. Gədəbəy adının özü bir tarixdir. Buna toxunmaq olmaz. Bir çoxları Gədəbəyin Dədəbəy olmasını təklif edir. Bu da yanlış fikirdir. Ümumiyyətlə, Gədəbəy adı tarixdə, arxivdə, mənbələrdə belə gedib. Bunun adının dəyişdirilməsinin nə mənası var?! Bineyi-qədimdən bura kimsə rayona gəlib və soruşub ki, “rayonun adı nədir?” O da deyib ki, “get a bəy”. Ad da burdan qalıb. Həm də rayonda balaca uşaqlara “gədə” deyirlər. Yəni gədəsi də bəydir. Belə yozanlar da var. Necə olur ki, bu qədər alim, professor Gədəbəy adı ilə razılaşır, amma bəzi yeni yazan, pozanlar bu adı bəyənmirlər. Halbuki, Zaqafqaziyada ilk dəfə dəmiryolu, işıq Gədəbəydə olub”. 

Deputat deyir ki, hətta ad dəyişikliyilə bağlı təklif Milli Məclisdə qaldırılsa belə, o, bunun qəti əleyhdarı olacaq. Millət vəkilinin sözlərinə görə, adın dəyişdirilməsinə cəhd olarsa o, öz etirazını bildirəcək.     

Milli Elmlər Akademiyasının Dilçilik İnstitutunun professoru, filologiya elmləri doktoru Fəxrəddin Veysəlli isə deyir ki, Gədəbəyin müxtəlif etimologiyası ola bilər. Məsələn, “yola düş get”, “get a bəy” və s.

Toponimlərin bəzilərinin dediyinə görə, “Gədəbəy” sözü qədim türk dillərindəki get, gedik (təpə) və bək (keşikçi, gözətçi) sözlərinin birləşməsindən yaranıb və “müşahidə məntəqəsi”, yaxud “keşikçi təpəsi” mənasını ifadə edir. Gədəbəyin adı hələ 1206-ci ildə alban tarixçisi Mxitar Qoşun əsrərində “Getabak” kimi verilib. İndiyədək “Gədəbəy” sözünün digər sözlərlə yanaşı “gəda” - fars mənşəli və “bəy” – türk mənşəli söz birləşməsi kimi qəbul edilməsi, əslində heç bir məntiqə sığmır. Bu da onunla əsaslandırılır ki, buranın birmənalı olaraq türk məkanı olması arxeoloji memarlıq abidələrində, yazılı və şifahi yozumlarda təsdiqini tapıb. Dağlıq yurdun yerləşdiyi ərazinin məkana uyğun olaraq “kədə”, yəni qədim türk sözü olaraq, “keşikçi, gözətçi” mənasına gəlməsi daha ağlabatandır. “Bek” sözü də qədim türk sözü olaraq təpə, dağ mənasındadır. 

Sabiq millət vəkili Nazim Məmmədov isə ümumilikdə adların, tarixi, etnoqrafik, dil üslubu baxımdan dəyişdirilməsinə normal baxır. Siyasi maraqlarla ad dəyişdirilməsinə, yaxud ad dəyişmək xətrinə dəyişikliklərin əleyhinə olduğunu deyir: “Dediyim kimi, tarixçilər, etnoqraflar Gədəbəyin adının dəyişdirilməsini elmi əsaslarla sübut etsələr, buna hörmətlə yanaşaram. Xocalı-Gədəbəy mədəni abidələri vasitəsilə sübut olunub ki, müasir Azərbaycanın ən qədim yaşayış məskənləri Gədəbəy rayonunun ərazilərində olub. Tarixçilərin bir versiyası olub ki, bir atlı və ya səyyah Gədəbəyin indiki yerində olan yaşayış məskəninin adını soruşub, cavab isə “get, a bəy” olduğundan müasir dilimizə belə dəyişik formada gəlib, digər bir versiyada isə almanlar orta əsrlərdə bu dağlarda qızıl tapdıqlarına görə “Goldbergbau” yəni alman dilində “Qızıl dağ” olaraq adlandırıblar. “Goldbergbau” təlləffüzdə Gədəbəy-ə yaxın olub”.

Nazim Məmmədov isə Gədəbəyin adının dəyişdirilib “Qızıldağ” la əvəzlənməsinə etiraz etmədiyini dedi.

Gültəkin Ələsgər

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
İstirahət günləri Azərbaycanda yağış yağacaq, şimşək çaxacaq 19 Oktyabr 2019, 09:12 Ərdoğan Trampla telefon danışığının təfərrüatlarını açıqlayıb 19 Oktyabr 2019, 09:07 Rusiyada damba uçub: 11 ölü, 13 itkin düşən var 19 Oktyabr 2019, 08:59 Azərbaycan şahmatçısı erməni rəqibini məğlub etdi 19 Oktyabr 2019, 00:49 Roza Zərgərlinin qazandığı avtomobil qazilərə verildi 19 Oktyabr 2019, 00:32 “Maşın”ın qalibi Suna Kasımoğlu oldu 19 Oktyabr 2019, 00:14 Türkiyə və İran Suriya problemini müzakirə etdi 18 Oktyabr 2019, 23:45 Azərbaycan nefti ucuzlaşdı 18 Oktyabr 2019, 23:32 Şəmkirdə 2 uşaq anası itkin düşüb - FOTO 18 Oktyabr 2019, 23:16 Daha bir ərəb ölkəsi çalxalanır 18 Oktyabr 2019, 22:58 Azərbaycanlı  Ukraynada Baş prokurorun müavini oldu - FOTO 18 Oktyabr 2019, 22:42 UEFA Rusiya və Kosovo komandalarını eyni qrupa salmayacaq 18 Oktyabr 2019, 22:17 Ərdoğan Trampı buna da məcbur etdi 18 Oktyabr 2019, 21:44 Şahin Mustafayev Çinə bu məqsədlə gedir 18 Oktyabr 2019, 21:27 “Ermənistan qeyri-konstruktiv mövqeyinə görə düşdüyü dalandan çıxması üçün addım atmalıdır” - XİN 18 Oktyabr 2019, 21:15 “YPG 750 İŞİD-çini həbsdən azad edib” - Ərdoğan 18 Oktyabr 2019, 20:59 Məşhur idmançı Azərbaycanı belə təbrik etdi - FOTO 18 Oktyabr 2019, 20:58 Ötən il vərəm xəstəliyi yarım milyon insanın ölümünə səbəb olub 18 Oktyabr 2019, 20:45 Azərbaycan Ordusunda “NATO günləri” başa çatdı 18 Oktyabr 2019, 20:05 Nazir onlara mükafatlar təqdim etdi - FOTOLAR   18 Oktyabr 2019, 19:57 XXXII Yay Olimpiya Oyunlarına 10 milyon manat ayrılacaq   18 Oktyabr 2019, 19:47 Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalandı - FOTO 18 Oktyabr 2019, 19:38 "Azərsu" sədri Lənkəranda sakinləri qəbul edib - FOTO 18 Oktyabr 2019, 19:29 Elmar Məmmədyarov Qətərin Azərbaycandakı yeni səfirini qəbul edib 18 Oktyabr 2019, 19:18 Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir - FOTO 18 Oktyabr 2019, 19:10 Əcnəbi mütəxəssislər Gömrük Akademiyasında olublar - FOTO 18 Oktyabr 2019, 19:01 Bakı polisindən mitinq iştirakçılarına son XƏBƏRDARLIQ - VİDEO 18 Oktyabr 2019, 18:55 Əbülfəs Qarayav vətəndaşları qəbul edəcək 18 Oktyabr 2019, 18:46 "Azercell" yeni "iPhone" alanlara limitsiz internet hədiyyə edəcək   18 Oktyabr 2019, 18:37 “Prezidentin Rövşən Rzayevi qəbul etməsi köçkünlərə qayğının daha bir nümunəsidir” - DEPUTATLAR 18 Oktyabr 2019, 18:28 Mənzillərin tikintisi və ipoteka layihələri üçün 142 milyon manat AYRILACAQ 18 Oktyabr 2019, 18:19 ARDNF Milandakı ofis binasını satdı 18 Oktyabr 2019, 18:10 Dövlət büdcəsindən 40 şəhər və rayona dotasiya ayrılmayacaq - SİYAHI 18 Oktyabr 2019, 18:01 Proqnoza baxmadan istirahətə getməyin - İstirahət günlərinin HAVASI 18 Oktyabr 2019, 17:56 Avropa Birliyinin  rəhbəri ağladı 18 Oktyabr 2019, 17:53