Modern.az

İran ABŞ-la sülh sazişinin imzalanma tarixini ELAN ETDİ

İran ABŞ-la sülh sazişinin imzalanma tarixini ELAN ETDİ

Dünya

Bu gün, 09:10

İranın Ali Milli Təhlükəsizlik Şurasının Katibliyi Tehran və Vaşinqton arasında qarşılıqlı anlaşma memorandumu mətninin hazırlanmasının başa çatdırıldığını təsdiqləyib.

Modern.az xəbər verir ki, bu barədə Şuranın bəyanatında bildirilib.

“Ali Milli Təhlükəsizlik Şurasının təsdiqinə əsasən, İran və ABŞ arasında müharibənin dayandırılması ilə bağlı danışıqlara (İslamabad danışıqları) dair qarşılıqlı anlaşma memorandumu mətni iyunun 15-i axşam yekun şəkildə tamamlanıb”, – deyə bəyanatda bildirilib.

Bəyanatda qeyd olunur ki, “müharibə bütün cəbhələrdə, o cümlədən Livanda hərbi əməliyyatlar dərhal və daimi olaraq dayandırılır”.

“Bundan əlavə, İrana qarşı dəniz blokadası dərhal və tam şəkildə ləğv edilir”, – bəyanatda vurğulanır.

İran ali Milli Təhlükəsizlik Şurası həmçinin təsdiqləyib ki, memorandum rəsmi olaraq iyunun 19-da imzalanacaq.

Məlumata görə, yekun sazişin bağlanması ilə bağlı danışıqlar ABŞ memorandum üzrə öhdəliklərini yerinə yetirənədək təxirə salınacaq.

Bəyanatda İran vasitəçilik səylərinə görə Pakistan və Qatar dövlətlərinə də təşəkkürünü bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ