Modern.az

Dörd ölkə İrana qarşı sanksiyaları ləğv edir - ADLAR

Dörd ölkə İrana qarşı sanksiyaları ləğv edir - ADLAR

Dünya

Bu gün, 09:23

İtaliya, Fransa, Almaniya vəv Böyük Britaniya bəyan ediblər ki, əgər Tehran və Vaşinqton arasında razılıq əldə olunarsa və İran nüvə proqramı üzrə öhdəliklərini yerinə yetirərsə, onlar İrana qarşı tətbiq edilən sanksiyaların ləğvinə hazırdırlar.

Modern.az xəbər verir ki, bu barədə iyunun 15-də İtaliya hökuməti dörd Avropa dövlətinin adından yayımlanan birgə bəyanatda bildirib.

Sənəddə bu ölkələr ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumunun elan edilməsini alqışlayaraq, münaqişənin sonrakı həllinə dəstək verməyə hazır olduqlarını bildiriblər.

“ABŞ və İran arasında qarşılıqlı anlaşma memorandumu ilə bağlı elan edilmiş xəbəri səmimi şəkildə alqışlayırıq. İran heç vaxt nüvə silahına sahib olmamalıdır”, - deyə birgə bəyanatda qeyd olunur.

Sənəd müəllifləri vurğulayıblar ki, razılaşmaların icrasına nəzarət etmək üçün ABŞ, İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) ilə əməkdaşlıq etməyə hazırdırlar.

“İranın nüvə proqramı ilə bağlı aydın və etibarlı addımlarına cavab olaraq müvafiq sanksiyaları ləğv etməyə hazırıq”, - bəyanatda bildirilir.

Bundan əlavə, Böyük Britaniyanın Baş naziri Keir Starmer bəyan edib ki, zərurət yaranacağı təqdirdə London minalardan təmizləmə işlərini həyata keçirmək üçün müstəqil çoxtərəfli müdafiə missiyası formalaşdırmağa hazırdır.

Britaniya hökumətinin məlumatına görə, belə bir təşəbbüsün planlaşdırılmasında əvvəllər əsas rolu Böyük Britaniya və Fransa oynayıb.

Sizə yeni x var
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ