Modern.az

İran-ABŞ sülh sazişini bu rəsmilər imzalayacaqlar - SİYAHI

İran-ABŞ sülh sazişini bu rəsmilər imzalayacaqlar - SİYAHI

Dünya

Bu gün, 09:39

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf və xarici işlər naziri Abbas AraqçıABŞ ilə nizamlanma sazişini imzalamaq üçün İsveçrənin Cenevrə şəhərinə səfər edəcəklər.

Modern.az xəbər verir ki, bu barədə “Nyu-York Tayms” qəzetiöz mənbələrinə istinadən məlumat yayıb.

Gözlənilir ki, sənəd iyunun 19-da imzalansın. Görüşdə ABŞ-ı vitse-prezident Cey Di Vensin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edəcək.

İmzalanma mərasimi ABŞ və İran nümayəndələrinin son 47 il ərzində ən yüksək səviyyədə ilk görüşü ola bilər.

Xatırladaq ki, ABŞ və İran tərəfi Vaşinqton və Tehran arasında qarşılıqlı anlaşma memorandumu mətninin hazırlanmasının başa çatdırıldığını təsdiqləyiblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ