Modern.az

İsveç millisi Tunisi darmadağın etdi

İsveç millisi Tunisi darmadağın etdi

İdman

Bu gün, 09:03

İsveç millisi DÇ-2026-da ilk oyununa çıxıb.

Modern.az xəbər verir ki, Avropa təmsilçisi F qrupunun ilk turunda Tunis yığması ilə qarşılaşıb.

Monterreydə keçiriləcək görüş Bakı vaxtı ilə saat 06:00-da start götürüb.

Oyunda hesab 7-ci dəqiqəqə açılıb. Tunis əsilli Yasin Ayari İsveçi önə keçirib. 30-cu dəqiqədə Aleksandr İsak fərqi 2-yə çatdıırb. Tunis 43-cü dəqiqədə Rekikin qoluyla fərqi minimuma endirib. İlk hissədə başqa qol olmayıb.

İsveç 2-ci yarıya da qolla başlayıb. 59-cu dəqiqədə Gyökereş hesab arasındakı fərqi yenidən 2 topa çatdırıb. 84-cü dəqiqədə Svanberq İsveçin 4-cü qolunu vurub. Görüşün son dəqiqəsində Yasin Ayari özünün 2-ci, komandasının 5-ci qolunu vurub. Matç İsveçin 5:1 hesablı darmadağını ilə başa çatıb.

DÇ-2026, F qrupu, I tur
15 iyun
06:00. İsveç – Tunis 5:1

İsveç: Nordfeldt, Lagerbielke, Lindelöf, Hien, Gudmundsson, Bernhardsson, Nygren, Karlstrom, Ayari, Isak, Gyökereş.

Tunis: Chamakh, Abdi, Talbi, Rekik, Valery, Ben Hmida, Meybri, Kedira, Şkiri, Slimane, Saad.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyayla müharibəyə başlayırıq! - Bu ölkədə əhaliyə XƏBƏRDARLIQ