Modern.az

Jurnalist İmran Bədirxanlı ilə FOTOSÖHBƏT

Jurnalist İmran Bədirxanlı ilə FOTOSÖHBƏT

Fotosöhbət

26 Yanvar 2015, 10:21

Modern.az saytı jurnalist İmran Bədirxanlı FOTOSÖHBƏT layihəsini təqdim edir.  

İmran Bədirxanlı Xaçmaz rayonunun Həsənqala kəndində fəhlə ailəsində doğulub. 1991-ci ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirən həmsöhbətimiz “Səhər” (parlament müxbiri), “Zaman-Azərbaycan” (baş redaktorun müavini), “Həftə” (redaktor), “Gün səhər” (şöbə müdiri) qəzetlərində, “STV” (xəbər redaktoru) telekanalında çalışıb.
2005-ci ildən İctimai Teleradionun əməkdaşı olan İmran Bədirxanlı əvvəl radioda müxtəlif səpkili verilişlərə müəlliflik və aparıcılıq, telekanalın “TV-1” jurnalına redaktorluq edib. Hazırda İTV-də“Carçı-Film” Yaradıcılıq Birliyinin böyük redaktorudur.

İmran Bədirxanlı 1986-cı ildə Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinə qəbul olnunub, 1991-ci ildə bitirib. Artıq 23 ildir peşəkar jurnalistika ilə məşğuldur.

1992-1994-cü illərdə “Səhər” gündəlik informasiya qəzetinin Prezident Aparatı, Milli Məclis, Xarici İşlər Nazirliyi və BMT-nin Bakı nümayəndəliyində akkreditə olunmuş xüsusi müxbiri kimi rəsmi və ictimai-siyasi xarakterli minlərlə informasiyanın, yüzlərlə analitik məqalənin, müsahibə və araşdırmanın müəllifidir. 1993-cü ilin iyununda, o təlatüm və çaxnaşma dövründə “Səhər”in parlament müxbiri kimi mərhum Prezident Heydər Əliyevin Bakıya dönüşünün, parlamentə gəlişinin, ordakı çıxışının şahidi, iyinin 14-də onunla bərabər Gəncəyə səfərin iştirakçısı, parlamentin 15 iyun növbədənkənar sessiyasının canlı şahidi və obyektiv işıqlandıran jurnalist olub. Həmin günlərdə respublikada cərəyan edən hadisələrlə bağlı “Həqiqət ardınca” silsilə məqalələrin müəllifi kimi elə həmin ilin avqustunda “Səhər” qəzetinin “Xüsusi mükafat”ına layiq görülüb.
Daha sonra jurnalist fəaliyyətimi “Zaman -Azərbaycan” (1995-1999-cu illər) qəzetində şöbə müdiri, az sonra isə baş redaktorun müavini kimi davam etdirib.

1999-2001-ci illərdə “Samanyolu” (STV) telekanalının və “Burc-FM” radiosunun xəbərlər xidmətinin böyük redaktoru olub. 2005-ci ilin fevralından avqust ayına qədər şöbə müdiri vəzifəsində işlədiyi “Gün səhər” qəzetində çap olunmuş 3 səhifəlik “Qan çanağı- Qarabulaq” silsilə-reportajlarına görə həmin nominasiyada ilin “Media açarı”na layiq görülüb. Elə 2005-ci ilin avqustundan – İctimai Tele-Radio yayıma başladığı ilk gündən bu şirkətə dəvət olunub və bu günədək orada jurnalist fəaliyyətimi davam etdirir. Əvvəlcə İctimai Radioda “Şəffaf yol” və “Pensiyaçı” kimi sosial mövzularda canlı verilişlərin aparıcısı, sonra “İTV-1” jurnalının redaktoru, 2009-cu ilin yanvarından bu günədək isə İctimai Televiziyanın Kino və dublyaj departamentinin, hazırda isə “Carçı-film” Yaradıcılıq Birliyinin böyük redaktoru vəzifəsində çalışır.

İ.Bədirxanlı 2008-ci ilin oktyabr noyabr aylarında “OPEN-WORD” proqramı xəttilə Amerika Birləşmiş Ştatlarında, 2010-cu ilin may ayında TRT-AVAZ –İctimai Teleradio əməkdaşlığı çərçivəsində “Türkiyənin səsi” radiosunun aparıcısı kimi Ankarada xidməti ezamiyyətdə olub.

İmran Bədirxanlı professional karyerası boyu istər sıravi müxbir, istər radioaparıcı, istərsə də redaktor kimi daim obyektiv və vicdanlı xəbər siyasətinə, bu peşənin qaydalarına, əxlaq prinsiplərinə riayət edən jurnalistlərdəndir.

Ailəlidir, iki övladı var. Oğlu Şahin ADA Universitetinin üçüncü kurs tələbəsi, qızı Mehin altıncı sinif şagirdi, dərs əlaçısıdır.  


1973-cü il, səkkiz yaşın içindəyəm. Bacım Gülxar, kiçik qardaşım Kamranla. Böyük qardaşım Yaşar o zaman Polşada hərbi xidmətdə idi.



Yeddinci sinifdə oxuyuruq. Sinif rəhbərimiz Xəlil müəllim və bizə cəbr fənnini tədris edən Qarakişi müəllimlə.



Orta məktəbimizdə 1982-ci ilin Yeni il şənliyində çıxış edərkən.



1983-cü ilin oktyabrı. Sumqayıtdan Sovet Ordusu sıralarına yola düşməzdən iki-üç saat əvvəlin fotosudur. Qohumumuz Yaqubla.


Gənclik illərim...



BDU-nun jurnalistika fakültəsinin 1020-ci qrupunun tələbələri dənizkənarı bulvarda. 



2006-cı ilin yayı. 1020-cu qrupun məzunları universitetə qəbul olmalarının 20 illiyini qeyd etməyə toplaşıblar.



Gündəlik nəşrə başlayan “ZAMAN-AZƏRBAYCAN” qəzetinin redaktor müavini kimi hər gün onlarla məqaləni nömrəyə hazırlamaq əziyyəti və zövqü...



İctimai Radioda növbəti verilişimin ssenarisi müzakirə olunur.

2008-ci ilin oktyabrı. Bakıdan gedən jurnalist qrupu Vaşinqtonda, Ağ Evin qarşısında.




2008-ci il Amerika. Mediaqrup gəzintidə. İsmayıl İsmayılov, Gültəkin Hüseynova, Babək Bəkir, “şotlandiyalı cəngavər” və bəndəniz.



2008-ci ilin noyabrı. ABŞ, Virciniya ştatı, Norfolk şəhəri. Bizi evində qonaq saxlayan volontyor, qana əsilli Lena Consonla.



Ankara, 2010-cu ilin mayı. Efirdə “Türkiyənin səsi” radiosunun “Qorqud ata” verilişidir. Azərbaycan redaksiyasının müdiri Seyfəddin bəy Atalayla canlı yayımda.



Dünyanın ən təmiz və rahat şəhərlərindən birinin mərkəzi küçəsində. Ankara, 2010-cu ilin mayı.



Oğlum Şahin, qızım Mehinlə Şəhidlər Xiyabanını ziyarət etdikdən sonra. Bakı, 2009-cu ilin fevralı.



Tələbə yoldaşım, otuz illik dostum, əqidədaşım, sirdaşım Hikmət Zeynalovla (Sabiroğlu) şad günümüzdə də, dar günümüzdə də daim bir yerdəyik. Bakı, 2006-cı il, “Kiyev” restoranı...  



50 yaşın cazibəsi...

Modern.az 
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi