Modern.az

İlk Prezident təqaüdçüləri indi haradadır? - VİDEO

İlk Prezident təqaüdçüləri indi haradadır? - VİDEO

Təhsil

Bu gün, 16:43

2001–2002-ci illərdə Prezident təqaüdünə ilk layiq görülən gənclərin illər sonrakı həyat və karyera yolları ilə bağlı maraqlı məlumatlar açıqlanıb.

Modern.az xəbər verir ki, Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin sədri Məleykə Abbaszadə bu barədə paylaşım edib.

O bildirib ki, 2023-cü ildə Heydər Əliyevin 100 illik yubileyi münasibətilə ilk Prezident təqaüdçülərinin sonrakı taleyi araşdırılıb və onlarla 41 videomüsahibə hazırlanıb.

Məleykə Abbaszadənin sözlərinə görə, vaxtilə yüksək nəticələrlə seçilən həmin gənclər bu gün müxtəlif sahələrdə uğurlu karyera qurublar. Onların arasında həkimlər, diplomatlar, dövlət qulluqçuları, sahibkarlar, eləcə də yerli və xarici şirkətlərdə rəhbər vəzifələrdə çalışan şəxslər var.

DİM sədri qeyd edib ki, müsahibələrdə ən diqqətçəkən məqamlardan biri həmin gənclərin illər əvvəl Heydər Əliyevlə görüşləri barədə xatirələridir.

O vurğulayıb ki, gənclərin uğurlarının yüksək səviyyədə qiymətləndirilməsi onların gələcək həyatında mühüm motivasiya mənbəyinə çevrilib.

Məleykə Abbaszadə ilk Prezident təqaüdçülərinin həyat hekayələrini əks etdirən videomüsahibələri yenidən ictimaiyyətin diqqətinə çatdıraraq gənclərə, valideynlərə və müəllimlərə izləməyi tövsiyə edib.

Həmin videoları təqdim edirik:

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bağçalıdan Azərbaycana dəstək - Ərdoğan nazirini Bakıya göndərir