Modern.az

Deputat seçiciləri ilə görüşüb - FOTO

Deputat seçiciləri ilə görüşüb - FOTO

Təhsil

13 Fevral 2015, 16:15


122 saylı Xankəndi seçki dairəsindən Azərbaycan Respublikası Milli Məclisinin deputatı Flora Qasımova Gəncədə və Goranboy rayonu Aşağı Ağcakənd qəsəbəsində seçiciləri ilə görüş keçirib.

Modern.az-ın məlumatına görə, Gəncə şəhəri, Kəpəz rayonu “Yeni qəsəbə 2” - də keçirilən görüşdə Kərkicahan qəsəbə nümayəndəsi Dərgah Haqverdiyev və Kosalar kənd nümayəndəsi Şahid Rzayev də iştirak edib. Məcburi köçkünlərin problemləri ilə yaxından tanış olan deputat F.Qasımova onları narahat edən məsələləri mütəmadi olaraq diqqətdə saxladığını, həmçinin onlar tərəfindən irəli sürülən təklifləri aidiyyatı orqanlar qarşısında qaldıracağını bildirib.  Aşağı Ağcakənd qəsəbəsində Xocalı Rayon İcra Hakimiyyətinin “2014-cü ilin sosial-iqtisadi inkişafın yekunları və 2015-ci ildə qarşıda duran vəzifələr” haqqında hesabat iclasında iştirak edən deputat F.Qasımova çıxışında beynəlxalq qurumların Ermənistan – Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə münasibətindən, dünyada gedən hazırki proseslərdən, məcburi köçkünlərin sosial rifah halının yaxşılaşdırılması istiqamətində son illərdə görülən işlərdən danışıb. O, məcburi köçkünlərə ümidlərini itirməmələrini, Ali Baş Komandanın apardığı qətiyyətli siyasət nəticəsində doğma torpaqlara qayıdışın uzaqda olmadığını bildirərək bu istiqamətdə hamılıqla səy göstərilməli olduğunu vurğulayıb. 

Hesabat iclasında Xocalı Rayon İcra Hakimiyyətinin başçısı Şahmar Usubov, Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Regional idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin baş məsləhətçisi Aqşin Əliyev, millət vəkilləri Flora Qasımova və Elman Məmmədov, İcra başçısının müavinləri Vahid Əliyev və Lamiyə Qarayeva və digər qonaqlar iştirak edib. 


Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok