Modern.az

Sahibə Qafarova Kamerunun Baş naziri ilə görüşüb

Sahibə Qafarova Kamerunun Baş naziri ilə görüşüb

Parlament

Bu gün, 23:33

Milli Məclisin sədri Sahibə Qafarova Serbiya Respublikasına işgüzar səfəri çərçivəsində Kamerun Respublikasının Baş naziri Jozef Dion Nqyutla görüşüb.

Bu barədə Modern.az-a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Görüşdə ölkələrimiz arasındakı münasibətlərin mövcud vəziyyətinə və gələcək inkişafına dair müzakirələr aparılıb.

Spiker Sahibə Qafarova bildirib ki, Azərbaycan Afrika ölkələri ilə əlaqələrin inkişafına böyük diqqət yetirir. Milli Məclisin sədri Qoşulmama Hərəkatı çərçivəsində əməkdaşlıq məsələlərinə toxunaraq, Azərbaycanın bu təşkilata 4 illik sədrliyi dövründə görülmüş işlər, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü ilə yaradılmış Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin fəaliyyəti barədə fikirlərini bölüşüb.

Görüşdə ikitərəfli əlaqələrin mövcud vəziyyətinə də toxunulub, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın və qarşılıqlı dəstəyin əhəmiyyəti qeyd edilib.

Söhbət zamanı iki ölkə arasında bir sıra sahələrdə, həmçinin parlamentlər arasında əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri nəzərdən keçirilib, qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə bağlı fikirlər səsləndirilib.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər haqqında da fikir mübadiləsi aparılıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...