Modern.az

Peşə məktəblərində təhsil haqqı 5 min manata çatır - VİDEO

Peşə məktəblərində təhsil haqqı 5 min manata çatır - VİDEO

Təhsil

29 Avqust 2026, 18:00

Peşə təhsili müəssisələrində bəzi ixtisaslar var ki, onların təhsil haqqı olduqca yüksəkdir. 2500, 3500, 4500 və ya 5 min manat…

Modern.az Xəzər TV-yə istinadən xəbər verir ki, Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Simnar Mamedovun sözlərinə görə, buna səbəb həmin ixtisasları bitirənlərə beynəlxalq sertifikatların verilməsi, dərsliklər, yüksək peşəkar müəllimlərin cəlb edilməsi və onlara ödənilən əməkhaqqı, həmçinin prosesdə ekspertlərin iştirakı ilə bağlıdır.

Təhsil haqqı yüksək olan, beynəlxalq sertifikat verən ixtisaslar içərisində Dizayn, Kibertəhlükəsizlik, Elektrik qaz qaynağı kimi fərqli sahələr var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Regionda təhdidlər artır - Bakını nə gözləyir?