Modern.az

Milimiz Türkiyəyə uduzdu

Milimiz Türkiyəyə uduzdu

İdman

Bu gün, 23:01

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatında növbəti oyununu keçirib.

Modern.az xəbər verir ki, yığmamız 1/8 final mərhələsində Türkiyə seçməsi ilə qarşılaşıb.

İstanbulun “Sinan Erdem” İdman Sarayında keçirilən görüş saat 20:00-da başlayıb. Görüş Türkiyə təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb (25:14, 25:16, 25:22). 

Qeyd edək ki, Türkiyə 1/4 finalda Almaniya ilə üz-üzə gələcək.

Xatırladaq ki, Azərbaycan millisi Milli Gimnastika Arenasında təşkil olunan C qrupunun oyunlarını 8 xalla üçüncü pillədə başa vuraraq 1/8 finala vəsiqə qazanmışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...