Modern.az

Xocalıda çadır toyu - GÖRÜNTÜ

Xocalıda çadır toyu - GÖRÜNTÜ

Qarabağ

Bu gün, 17:53

Xocalı rayonunun Ballıca kəndində toy çadırı qurulub.

Xankəndi, şəhərində Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, Hüseynovlar ailəsində böyük sevinc və həyəcan yaşanır.

Bildirilib ki, kənddə Əmrah və Arzu cütlüyünün toy mərasimi keçirilir. Bu günün əsas özəlliyi isə gənc cütlüyün ailə həyatına məhz doğma yurdda, Xocalının Ballıca kəndində başlamasıdır. Vaxtilə insanların məcburi şəkildə tərk etdiyi torpaqlarda bu gün toy məclisləri, yeni ailələr qurulur, uşaqlar dünyaya gəlir, həyat yenidən canlanır.

Qeyd edək ki, Ballıca kəndində keçirilən bu toy yalnız bir ailənin sevincini deyil, həm də doğma torpaqlarda həyatın bərpasının, insanların öz yurdlarına qayıdaraq, burada gələcək qurmasının rəmzi kimi diqqət çəkir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...