Modern.az

Çexiya prezidenti istefaya göndərilə bilər

Çexiya prezidenti istefaya göndərilə bilər

Dünya

14 Aprel 2015, 12:32


Çexiya Senatı prezident Miloş Zemanın istefasını tələb edən petisiyanı qəbul edib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, prezidentə qarşı “vətən maraqlarını satmaq” ittihamı ilə toplanan petisiya ölkə başçısının impiçmentini tələb edir.

“Çexiya Senatı Zemanın istefası ilə bağlı impiçmenti qəbul edib. Toplanan 10 min imza impiçment prosesurunu başlamağa kifayət edir”, - xəbərdə deyilir.
Petisiyanın müəllifi Mixail Mayzner Miloş Zemanın ifadələrinin Rusiya təbliğat maşınını əlində tutarlı arqument olduğunu və  həmin ifadələrin ölkə Konstitusiyasına zidd olmasını, ölkənin təhlükəsizliyinə təhlükə törətdiyini deyib. Buna görə də 11 mindən artıq imzanın yer aldığı petisiya Zemanı “rusmeylli xarici siyasət aparmaqda, vətənin maraqlarını satmaqda və dünya miqyasında Çexiyanın adına xələl gətiməkdə” ititham edir.  

Bundan əvvəl, Avropa və ABŞ-ın Rusiyaya qarşı tətbiq etdiyi sanskiyalara qarşı çıxan Çexiya prezidenti 9 may Qələbə gününü Moskvada keçirəcəyini açıqlamışdı.

Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan ağır zərbə: Rusların strateji anbarı belə dağıdıldı