Modern.az

Leyla Əliyeva Venesiyada açılışda – VİDEO

Leyla Əliyeva Venesiyada açılışda – VİDEO

Mədəni̇yyət

16 May 2015, 19:31

 

56-cı Venesiya Biennalesi çərçivəsində YARAT Müasir İncəsənət Mərkəzinin təqdim etdiyi “Odla suyun birliyi” sərgisinin açılışından videoçarx yayımlanıb.

Sərginin açılışında Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

“Odla suyun birliyi” layihəsinin ideyasını iki rəssamın – Almagül Menlibayeva və Rəşad Ələkbərovun nəzər-nöqtəsindəki Bakı ilə Venesiyanın tarixi və mədəni cəhətdən əlaqələndirilməsi təşkil edir.

Sərgi YARAT qeyri-kommersiya təşkilatı tərəfindən təşkil olunub.

Qeyd edək ki, 2011-ci ildə rəssam Aida Mahmudova tərəfindən təsis olunan “YARAT” təşkilatı Azərbaycanda müasir incəsənət anlayışının aşılanması və inkişaf etdirilməsi, habelə milli və beynəlxalq səviyyədə müasir Azərbaycan incəsənətinin tanınması ilə məşğuldur.

Sərginin açılışından videoçarxı təqdim edirik. 



Modern.az
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü