Modern.az

Qadınların zorladığı KİŞİLƏR

Qadınların zorladığı KİŞİLƏR

Ölkə

13 May 2016, 18:01

Məişət zorakılığı adı altında ailədaxili münaqişə deyəndə “psixoloji və fiziki təzyiqlərin, o cümlədən döyülmə, hədələmə və məcburi cinsi əlaqə hallarının baş verməsi” nəzərdə tutulur.

Əksər hallarda ailədaxili zorakılığın qurbanları qadınlar və valideynlərindən tam asılı vəziyyətdə olan uşaqlarla bağlı faktlara rast gəlinsə də, son illər zorakılıqdan əziyyət çəkən kişilərin də sayı artmaqdadır.

Bunun sübutu olaraq, 2015-ci ilin oktyabrında İsveçdə zorakılığa məruz qalmış kişilər üçün ilk klinikanın istifadəyə verilməsini misal göstərmək olar. Elə məhz İsveçdə kişilərə qarşı dünyada ən yüksək zorakılıq aktları törədilib.

İsveç Milli Şurası təkcə 2015-ci ildə güclü cinsin nümayəndələrinə qarşı qadınlar tərəfindən 370 cinsi və fiziki təcavüzün qeydə alındığını xatırladıb. Bununla belə, zorakılıqdan əziyyət çəkən kişilərin böyük əksəriyyətinin öz problemini gizlətdiyi və heç kəsə bu barədə danışmadığı da məlumdur.

 “Kişilik haqqında miflər qadınların təzyiqinə məruz qalan kişilərə dərdlərini deməyə mane olur” - deyə sosioloqlar bunu izah edir.

Kişilər üzərində zorakılıq barədə geniş danışılmasa da, bu kifayət qədər geniş yayılmış hallardı.

Məsələn, 2014-cü ildə Zimbabvenin paytaxtı Harare şəhərində 3 qadının qalmaqallı məhkəməsi başlanmışdı. Onlar bütün ölkə ərazisində dolaşaraq, 17 kişini zorla cinsi əlaqədə olmağa məcbur etmişdi.

Məlumata görə, qadınlar ölkənin müxtəlif yollarında kişi sürücüləri saxlayaraq, sərnişin qismində maşınlara əyləşiblər. Daha sonra isə tapança, bıçaq və zəhərli ilanların köməyi ilə həmin kişiləri onlarla cinsi əlaqəyə girməyə vadar ediblər. Məqsədlərinə nail olduqdan sonra isə kişiləri maşından tullayıblar.

Zimbabve Cinayət Məcəlləsində kişilərin zorlanması ilə bağlı maddə nəzərdə tutulmadığı üçün qadınlar zor tətbiqinə görə, cəmi 3 il həbs almışdılar. Halbuki, ölkə polisi kişilərə qarşı fiziki və psixoloji təzyiq hallarının dəfələrlə çox olduğunu düşünür.

Fransada 27 yaşlı yük maşını sürücüsünün aqibəti də qadın zorakılığının bir nümunəsidir. 27 yaşlı gənc gecəni bir yerdə keçirmək üçün razılığa gəldiyi qadınla mehmanxanaya gedir. Səhər özünə gəldikdə isə ağzının bağlı, gözlərinin qapadıldığını və qollarının isə yataqdakı çarpayıya bağlandığın anlayır. Tezliklə 4 qadın onun cinsi orqanı kəsməklə hədələyərək onlarla cinsi əlaqəyə girməyə məcbur edir. Nəticədə həmin kişi 1 sutkadan artıq cinsi işgəncələrə məruz qalır.

Daha bir Avropa dövləti olan İspaniya da kişilərin zorakılığa məruz qaldığı ölkələrdəndir. 2014-cü ilin 1-ci rübü üçün 2480 kişi yerli hüquq-mühafizə orqanlarına müraciət edərək həyat yoldaşları və vətəndaş nikahında yaşadıqları qadınlar tərəfindən fiziki iztirablara məruz qaldıqlarını demişdilər. 2014-cü il ərzində 651 dəlisov ispan qadını “məişət zorakılığına görə” cinayət və inzibati məsuliyyət cəlb edilmişdi.

ABŞ seksoloqları və psixoterapevtlərinin sözlərinə görə, qadın zorakılığına məruz qalmış kişilər psixoloji tələyə düşür və artıq özlərini kişi saya bilmirlər. Onlar əksər vaxt heç yerə yardım üçün müraciət etmir və lağa qoyulacaqlarını düşünərək, öz fiziki və psixoloji travmalarını gizlətməyə çalışırlar. Əksər kişilərin həm də cinsi həyatı məhv olur.

Azərbaycanda da belə halların olduğu istisna deyil. Sadəcə, milli mentalitet, qohum-əqrəba, dost-tanış qınağı zorakılığa məruz qalan kişilərə öz dərdlərini açıb-ağartmağa imkan vermir. Bununla belə Azərbaycanda öz ərlərini baltalayan, bıçaqlayan qıdanlara dair kifayət qaədər faktlar, rəsmi məlumatlar var...

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı