Modern.az

Qazaxıstandakı atışmada 6 nəfər ölüb - Yenilənib

Qazaxıstandakı atışmada 6 nəfər ölüb - Yenilənib

Ölkə

5 İyun 2016, 21:59

Qazaxıstan DİN-in mətbuat katibi Almas Sadubayevin mətbuata verdiyi məlumata görə, Qazaxıstanın Aktobe şəhərində həyata keçirilən antiterror əməliyyatı zamanı 4 silahlı məhv edilib, 7 nəfər saxlanılıb.

“Aktobe şəhərində həyata keçirilən antiterror əməliyyatı zamanı 4 silahlı məhv edilib, 7 nəfər saxlanılıb. Digər cinayətkarların yaxalanması istiqamətində əməliyyat tədbirləri  davam etdirilir”, deyə DİN rəsmisi bildirib.

****

Bu gün Qazaxıstanın Aktoba vilayətinin inzibati mərkəzi olan Aktoba şəhərində atışma nəticəsində 6 nəfər ölüb. Modern.az saytı APA-ya istinadən xəbər verir ki, bunu Qazaxıstan Daxili İşlər Nazirliyinin rəsmi təmsilçisi Almas Sadubaev bildirib.

A.Sadubaev deyib ki, Qazaxıstan Daxili İşlər Nazirliyinə naməlum şəxslərin Aktoba şəhərindəki “Pallada” silah mağazasına, saat 15.45 (Bakı vaxtı ilə saat 14:45) radələrində digər silah mağazasına və Milli Qvardiyanın hərbi hissəsinə hücum etdikləri barədə məlumat daxil olub. Nəticədə “Pallada” mağazasının satıcısı öldürüb, bir nəfər yaralanıb. Milli Qvardiyanın hərbi hissəsinə hücum zamanı bir zabit və müqavilə əsasında xidmət edən hərbçi ölüb, 9 hərbçi yaralanıb. Görülən tədbirlər nəticəsində silahlılardan 3-ü öldürülüb, biri saxlanılıb, bir neçə silahlı isə mühasirəyə alınıb, bəzi silahlılar isə qaçmağa nail olublar.

A.Sadubaev Aktoba şəhərindəki silahlıların qeyri-ənənəvi dini cərəyanın tərəfdarları olduğunun ehtimal edildiyini bildirib. Qaçan silahlıların saxlanılması istiqamətində əməliyyat keçirilir. Aktoba şəhərində antiterror əməliyyat rejimi elan edilib, müəssisələrin və ictimai nəqliyyatın işi dayandırılıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı