Türkiyənin Osmaniye əyalətində avtobusun suvarma kanalına aşması nəticəsində ilkin məlumata görə ən azı 9 nəfər ölüb. Modern.az saytı Türkiyə mediasına istinadən xəbər verir ki, avtobus şagirdlər və onların valideynlərini istirahətə apardığı zaman aşıb. Qəza sürücünün idarəetməni itirdiyindən baş verib.
Yaralılar xəstəxanalara yerləşdirilib. Hadisə zamanı 24 nəfərin xəsarət aldığı bildirilir.
Modern.az