Modern.az

TQDK-da Apelyasiya Komissiyası yaradıldı

TQDK-da Apelyasiya Komissiyası yaradıldı

Ölkə

6 İyun 2016, 17:36

İyunun 5-də 2016/2017-ci tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının ikinci mərhələsi üzrə  imtahanın məzmunu və nəticələri ilə əlaqədar bakalavrların müraciətlərinə baxılması üçün Apelyasiya Komissiyası yaradılıb.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Modern.az-a verilən məlumata görə,imtahanın məzmunu ilə əlaqədar müraciətlərin baxılması üçün Apelyasiya Komissiyası  iyunun 7-də saat 10-dan 17-dək TQDK‑nın Bakı şəhəri, Yasamal rayonu, Mikayıl Müşfiq küçəsi 1m ünvanında yerləşən inzibati binasında fəaliyyət göstərəcək.

İmtahan nəticələri ilə bağlı müraciətlərin baxılması üçün Apelyasiya Komissiyası isə 08-09 iyun tarixlərində saat 10-dan 17-dək Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərəcəkdir.

Bakalavrlar Apelyasiya Komissiyasına şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər. 

 

Ağa AKİFOĞLU

 

 

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Regionda təhdidlər artır - Bakını nə gözləyir?