Modern.az

Ramin Hacılıdan ilginc AÇIQLAMALAR

Ramin Hacılıdan ilginc AÇIQLAMALAR

Ölkə

7 İyun 2016, 16:32

““125-lər” Siyasi Kulubu heç vaxt Yeni Azərbaycan partiyasını və onun namizədini dəstəkləyə bilməz.

 

Bir neçə ay budan öncə YAP parlament seçkiləri zamanı “125-lər”-in əsas siyasi rəqibi oldu və bizə qarşı kifayət qədər haqsızlıq etdilər. etdilər. Buna gör də biz haqsızları dəstəkləyə bilmərik”.

 

Bu barədə Modern.az saytına açıqlamasında Ümid partiyasını sədr müavini, “125-lər”in üzvü Ramin Hacılı deyib.

 

O bildirib ki, bu günlərdə ona partiyadan çıxmaq haqqında kənardan təkliflər gəlib və partiyadan çıxarsa ona yaxşı imkanlar , imtiyazlar vəd edilib:

 

“Bu yaxınlarda mənə Ümid Partiyasından çıxmaqla bağlı təklif gəldi. Dedilər ki,  Ümiddən çıxsam mənə çox böyük imkanlar və imtiyazlar veriləcək.

 

Mən isə cavabımda bildirdim ki, mən partiyaya çox da gedib gəlmirdim. Mən onlara dedim ki, sizin bu təklifinizdən sonra daha intensiv və aktiv şəkildə Ümid Partiyasında və “125”-lər blokunda siyasi fəaliyyətimi davam etdirəcəyəm”.

 

Ramin Hacılı söyləyib ki, o kimlərinsə sözləri ilə oturub-duracaq qədər qul deyil:

 

“Çünki bizimlə heç kim tələb dilində danışa və kimsə bizə nəyisə göstəriş verə bilməz. Azərbaycan vətəndaşı heç kimin göstərişi və tələbi ilə oturub-durmamalıdır.

Mənim bu sözlərimi oxuyandan sonra mənə qarşı Ümid Partiyasından çıxmaq təklif irəli sürənlər bunu çox gözəl başa düşəcələr”-deyə o bildirib.

 

Xatırladaq ki, bir müddət əvvəl “125-lər” Siyasi Klubunun keçmiş sədr müavini, hüquqşünas Günel Səfərova 90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə keçiriləcək Yeni Azərbaycan Partiyasının namizədi, Cavid Osmanovu dəstəklədiyini bəyan edib.

 

Ağa AKİFOĞLU

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı