Modern.az

İtaliya millisinin yeni baş məşqçisinin adı AÇIQLANDI

İtaliya millisinin yeni baş məşqçisinin adı AÇIQLANDI

Ölkə

7 İyun 2016, 21:09

Avropa çempionatında sonra futbol üzrə İtaliya millisinin baş məşqçisi Campero Ventura olacaq. Modern.az xarici mediaya istinadən bildirir ki, bu haqda İtaliya Futbol Federasiyasının prezidenti Karlo Tavekkio məlumat verib.

Onun sözlərinə görə, Ventura İtaliya millisini növbəti iki il müddətində çalışdıracaq. Mart ayının ortalarında Antonio Kontenin Fransada keçiriləcək Avropa çempionatı başa çatdıqdan sonra İtaliya yığmasının baş məşqçisi postundan gedəcəyi elan edilib.

Konte karyerasını İngiltərənin “Çelsi” klubunda davam etdirəcək. Venturaya gəldikdə, 2011-ci ildən “Torino” klubunun baş məşqçisidir. Ötən mövsümdə turinlilər İtaliya çempionatında 12-ci yeri tutub.

 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı