Modern.az

Diplomatik nümayəndəliklərlə bağlı DƏYİŞİKLİK: 20 dollar ödəniləcək

Diplomatik nümayəndəliklərlə bağlı DƏYİŞİKLİK: 20 dollar ödəniləcək

Ölkə

8 İyun 2016, 18:18

 

Azərbaycanda və ya xarici ölkələrdəki diplomatik nümayəndəliklərdə aparılan konsul əməliyyatları üçün dövlət rüsumunun dərəcələri dəyişdirilir.

 

Modern.az-ın xəbərinə görə, bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilməsi təklif edilir.

 

Dəyişikliyə əsasən, bundan sonra birdəfəlik giriş vizalarının rəsmiləşdirilməsi üçün dövlət rüsumu 50 ABŞ dolları deyil, 20 ABŞ dolları ödəniləcək.

 

Digər dəyişikliyə görə, turizm vizalarının və şəxsi kontraktla təhsil alan tələbələrin, tranzit vizalarının rəsmiləşdirilməsi, eləcə də birdəfəlik və ikidəfəlik tranzit vizası üçün tələb olunan dövlət rüsumları ləğv edilir.

 

Qeyd edək ki, qanuna təklif edilən dəyişiklik layihəsi Milli Məclisin iyunun 14-də keçirilməsi nəzərdə tutulan növbədənkənar sessiyanın ilk plenar iclasına tövsiyə olunub. 

 

Ağa AKİFOĞLU

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı