Modern.az

Qızlarını pedofilə icarəyə verən azadlığını ömürlük itirib

Qızlarını pedofilə icarəyə verən azadlığını ömürlük itirib

Ölkə

8 İyun 2016, 21:16

ABŞ-ın Tennessi ştatının Conson-Siti şəhərinin 63 yaşlı sakini 3 qızını intim xidmət məqsədilə satmaqda təqsirkar bilindiyindən barəsində hökm çıxarılıb. Modern.az xarici mediaya istinadən bildirir ki, qızlar uzun müddət yalnız zorlanmayıblar, həm də onların iştirakı ilə uşaq pornoqrafiyası hazırlanıb. 

Hakim Ronni Qir ittiham olunan çoxuşaqlı ata Ronni Li Makkollanın ömürlük azadlıqdan məhrum edilməsi haqda qərar çıxarıb. Qir qeyd edib ki, müttəhimin yol verdiyi dəhşətli cinayət faktı ilə iş təcrübəsində ilk dəfədir rastlaşır.

Cinayət materiallarında qeyd edilir ki, pedofil – “pornorejissor”un əlindən 11, 14 və 16 yaşlı qızlar zərər çəkiblər. Qızlar 2011-ci ilin fevral ayından 2012-ci ilin avqust ayına qədər seksual zorakılığa məruz qalıblar.

Valideynlərinin əli olduğu bu cinayətdən 2012-ci ilin yayında xəbər tutulub. O vaxt ailədəki fəlakətli vəziyyət xüsusi xidmətlərin diqqətini cəlb edib. Kiçik qızın çürümüş dişlərində dəliklər əmələ gəlib. Bundan əlavə, uşaqlar antisanitariya şəraitində yaşayıblar.

Zərərçəkənlərin 41 yaşlı anası Konni Syu Centri Makkoll hazırda 18 illik həbsxana cəzasını çəkir. Konni məhkəmədə ərinin əleyhinə ifadə verib. Qızlara qarşı təhqiredici hərəkətlər edən pedofil məhkəməyə qədər yaşamadı. Vaşinqton dairəsində yaşayan kişi intihar edib.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı