Modern.az

  “Uçot dərəcəsinin artırılması neftin qiymətinə mənfi təsir göstərə bilər”-BVF

   “Uçot dərəcəsinin artırılması neftin qiymətinə mənfi təsir göstərə bilər”-BVF

Ölkə

8 İyun 2016, 21:45

 

ABŞ-ın Federal Ehtiyat Sistemi tərəfindən uçot dərəcəsinin artırılması neftin qiymətinə mənfi təsir göstərə bilər. Modern.az saytı APA-ya istinadən  xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun Yaxın Şərq və Orta Asiya departamentinin icmalında bildirilir.

 “ABŞ dollarının möhkəmlənməsi, kredit-maliyyə siyasətində sərtləşmə neft qiymətləri və investisiyalarına  mənfi təsir göstərə bilər. Xüsusən bu, büdcə defisiti ilə üzləşən neft ixrac edən ölkələrin iqtisadiyyatında özünü daha çox biruzə verəcək”, sənəddə qeyd olunur.

Qeyd edək ki, ABŞ Federal Ehtiyat Sistemi direktorlar Şurasının növbəti iclası iyunun 15-16-da keçiriləcək.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı