Modern.az

FİFA-nın keçmiş prezidenti xəstəxanaya yerləşdirilib

FİFA-nın keçmiş prezidenti xəstəxanaya yerləşdirilib

Ölkə

2 İyul 2016, 22:09

Beynəlxaq Futbol Federasiyasının (FİFA) keçmiş prezidenti braziliyalı Joao Avelanj sətəlcəm olduqdan bir həftə sonra Rio-de-Janeyrodakı xəstəxanaya aparılıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu Avelanjın həyat yoldaşı Anna-Mariya da təsdiqləyib.

O, Avelanjı həkimlərin gələn həftənin birinci günü evə buraxcağını gözləyir. Braziliya KİV-nin məlumatına görə, FİFA-nın keçmiş rəhbərinin vəziyyətı stabil qiymətləndirilir.

Avelanj artıq bu klinikaya 2015-ci ilin noyabr və 2014-cü ilin iyun aylarında nəfəs almaqla bağlı problemə görə düşüb, ancaq hər dəfə xəstəxanada bir neçə gün qalıb.

Avelanj FİFA-ya 1974-cü ildən 1998-ci ilədək rəhbərlik edib. O 2013-cü ildə FİFA-nın fəxri prezidenti postunu korrupsiya qalmaqalına görə tərk edib.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı