Modern.az

Azərbaycanda 5 yaşlı uşaq "Mercedes"də yandı

Azərbaycanda 5 yaşlı uşaq "Mercedes"də yandı

Ölkə

3 İyul 2016, 15:40

Beyləqanda qaz borusuna çırpılan avtomobildə olan  5 yaşlı uşaq ölüb, maşın isə yanıb.

 

APA-nın Qarabağ bürosunun məlumatına görə, hadisə rayonun Dünyamalılar kəndi ərazisində baş verib.

 

Beyləqan rayon polis Şöbəsindən APA-ya verilən xəbərə görə, 45 yaşlı Yaşar Novruzovun idarə  etdiyi “Mercedes” markalı avtomobilin idarəetməni itirərək yolun kənarından keçən qaz borusuna  çırpılıb. Çırpılma nəticəsində 2011-ci il təvəllüdlü  Zaur Nurlan oğlun Novruzov aldığı bədən xəsarətindən elə həmin an həyatını itirib. Maşında olan sürücü və digər sərnişinlər, Z. Novruzovun valideynləri uşaqlarının meyitini maşından uzaqlaşdırdıqdan sonra borudan qaz sızması nəticəsində partlayış baş verib, yanğın olub. Yanğın nəticəsində avtomobil yanaraq yararsız hala düşüb.

 

Faktla bağlı Beyləqan rayon Prokurorluğunda cinayət işi açılıb araşdırma aparılır.


Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı