Paris polisi “Stad de Frans” stadionu yaxınlığında şübhəli avtomobili uzaqdan idarə olunan cihazla partladıb. Modern.az-ın xarici mediaya istinadən verdiyi xəbərə görə, bu axşam Bakı vaxtı ilə saat 23:00-da həmin stadionda Avropa çempionatının ¼ final mərhələsi çərçivəsində İslandiya və Fransa milliləri arasında oyun keçiriləcək.
Hüquq-mühafizə orqanlarının əməkdaşları istənilən şübhəli əşyanı, eləcə də adamları yoxlayırlar. Buna səbəb İraq-Şam İslam Dövləti yaraqlılarının futbol üzrə Avropa çempionatı zamanı terror törətmklə bağlı vəd vermələridir.
Modern.az