Modern.az

Dünyanın ən çox qazananları - SİYAHI

Dünyanın ən çox qazananları - SİYAHI

Ölkə

12 İyul 2016, 11:33

Dünyanən ən çox qazanan şəxslərinin siyahısı yenilənib.

Modern.az-ın xəbərinə görə, bu barədə nüfuzlu “Forbes” jurnalı yeni siyahı tərtib edib.

Dünyanın ən çox qazanan şəxsləri arasında amerikalı müğənni Teylor Svift ən yüksək ödənişli ulduzlarının reytinqinə başçılıq edib.

“Forbes”ə görə, Teylor Sviftin son 1 il ərzində əldə etdiyi gəlirlər 170 milyon dollara çatır.

2-ci yerə isə 110 milyon dollar gəlirlə "One Direction" qrupu sahib çıxıb. Amerikalı yazıçı Ceyms Patterson 95 milyon dollar gəlirlə 3-cü yerdədir.

"Real Madrid" klubunun və Portuqaliya yığma komandasının ulduz futbolçusu Kriştianu Ronaldu və psixoloq Fil Makqrou sonrakı yeri bölüşüb.

"Forbes"in yeni siyahısına görə, onlar son 1 ildə 88 milyon dollar gəlir əldə ediblər.

Digər ən gəlirli məşhurlardan ibarət "10-luq"da teleaparıcı Hovard Stern 85 milyon dollar,   futbolçu Lionel Messi 81,5 milyon dollar, müğənni Adel 80,5 milyon dollarla müvafiq yerlər tutublar.

 

Ağa AKİFOĞLU

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı