Modern.az

Muğam müsabiqəsinin daha bir iştirakçısı yarışmanı tərk etdi

Muğam müsabiqəsinin daha bir iştirakçısı yarışmanı tərk etdi

Ölkə

5 May 2011, 23:53

AzTV-də və “Mədəniyyət” kanalında canlı yayımlanan “Muğam televiziya müsabiqəsi 2011” artıq 13-ci həftədir ki, davam edir.
Modern.az-ın məlumatına görə, fevralın 14-dən başlayaraq Beynəlxalq Muğam Mərkəzində keçirilən yarışma mayın 5-də daha bir iştirakçının çıxması ilə yadda qalıb.

Bu turda müsabiqənin şərtlərinə uyğun olaraq ən az xal toplayan iştirakçı yarışmanı tərk edib. Bu, cəmi 60 bal toplayan Zabitə Əliyeva olub.
Beləliklə yarışmada 10 nəfər iştirakçı qalıb.
 
“Muğam televiziya müsabiqəsi 2011” Heydər Əliyev Fondu, Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi Azərbaycan Mədəniyyəti Fondunun layihəsi əsasında, Azərbaycan Televiziyasının təşkilatçılığı ilə keçirilir.
Növbəti tur mayın 9-12-də keçiriləcək.

Modern.az 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Liderlərdən Şuşada düşmənlərə ağır zərbə - Əliyev Türkiyəyə gedir!