Modern.az

Cəbrayılda ağır qəza, ziyarətə gedən qadın öldü

Cəbrayılda ağır qəza, ziyarətə gedən qadın öldü

Hadisə

Bu gün, 13:22

Cəbrayıl rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Modern.az oxu.az-a istinadla xəbər verir ki, qəza rayonun Şükürbəyli kəndi ərazisində qeydə alınıb. Hərəkətdə olan minik avtomobilinin aşması nəticəsində Bakı şəhərində yaşayan, əslən Cəbrayıldan olan Elnurə İsayeva ağır xəsarətlər alıb.

O, dərhal xəstəxanaya çatdırılsa da, həkimlərin səylərinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə, hadisə zamanı avtomobildə olan şəxslər Bakıdan Cəbrayıla ziyarət məqsədilə gediblər.

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
Liderlərdən Şuşada düşmənlərə ağır zərbə - Əliyev Türkiyəyə gedir!