İmişli rayonunda baş verən ağır yol-nəqliyyatı zamanı ölənlərin və xəsarət alan şəxslərin adları məlum olub.
Modern.az-ın məlumatına görə, hadisə nəticəsində minik avtomobilinin sürücüsü, 1988-ci il təvəllüdlü Həsən Həsənov, eləcə də sərnişin, 1980-ci il təvəllüdlü Gülrəng Əliyeva həlak olub, sərnişinlər - 1981-ci il təvəllüdlü Mənsir Rzayev və yük avtomobilinin sürucusu, 1982-ci il təvəllüdlü Emin Ələkbərov xəsarət alıblar.
***
İmişli rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Modern.az Report-a istinadən xəbər verir ki, "Kia" markalı minik avtomobili yük avtomobilinin qoşqusuna çırpılıb.
Avtoqəza nəticəsində 2 nəfər ölüb, 1 nəfər xəsarət alıb. Hadisənin təfərrüatları dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.