Modern.az

Fazil Mustafa: “Fəxri Xiyabandakı bolşevik məzarları köçürülməlidir”

Fazil Mustafa: “Fəxri Xiyabandakı bolşevik məzarları köçürülməlidir”

Ölkə

6 May 2011, 12:46

Parlamentin bu günkü iclasında Böyük Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa Modern.az saytının bir neçə gün əvvəl Fəxri Xiyabanla bağlı hazırladığı yazını müzakirəyə çıxarıb. Deputat ölkənin tanınmış insanlarının dəfn olunduğu yerdə bolşevik qəbirlərinin hələ də saxlanmasını ciddi tənqid edib.
Millət vəkili vurğulayıb ki, bu qəbirlər tezliklə oradan çıxarılmalıdır. “Bu ayıbdır. Varisi olduğumuz ölkənun Fəxri Xiyabanında hələ də üzərinə “cəlladlar” sözü yazılmış baş daşılarının qalması heç bir məntiqə sığmır”-deyə deputat qeyd edib.

Qeyd edək ki, təqdim etdiyimiz “Fəxri Xiyabanın fəxr doğurmayan qəbirləri” yazısı ictimai rəydə ciddi rezonans doğurub.

Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı