Modern.az

“Azərsu”nun adından istifadə edən fırıldaqçılar ifşa olunub

“Azərsu”nun adından istifadə edən fırıldaqçılar ifşa olunub

Ölkə

6 May 2011, 15:06

Xətai Rayon Sukanal Sahəsinin əməkdaşları vətəndaşları aldadaraq mənzillərdə su sayğaclarının plomblarını sındıran və yeni sayğac təklif edən 3 nəfəri ifşa edərək polisə təhvil verib. Mayın 5-də Xətai rayonu Məhsəti küçəsi 14, 16 və 18 ünvanlarında özlərini “Azərsu” ASC-nin əməkdaşları kimi təqdim edən 3 nəfər şəxs sayğaclara texniki baxış keçirmək adı altında abunəçiləri aldadaraq onlara məxsus sayğacların plomblarını sındırıblar. Daha sonra plombların bərpası və ya yeni sayğacın quraşdırılması müqabilində abunəçilərin hər birindən 30 manat tələb ediblər.

“Azərsu” ASC-nin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, hadisə barədə vətəndaşlardan biri Xətai Sukanal Sahəsinə gələrək baş verənləri qurumun rəhbərliyinə çatdırıb. Sahənin işçiləri dərhal həmin ünvanlara gondərilib və sayğaclara müdaxilə edən şəxslərdən biri - Sabirabad rayonunun Qasımbəyli kənd sakini Nicat Dadaşov iş başında saxlanılaraq idarəyə gətirilib. Bu barədə Xətai Rayon 35-ci polis bölməsinə məlumat verilib. Polis əməkdaşları ilə birgə aparılan ilkin araşdırma zamanı həmin 3 nəfərin əvvəllər tender əsasında mənzillərdə su sayğacları quraşdırdığı məlum olub. Faktla bağlı 35-ci polis bölməsində araşdırmalar davam edir.

“Azərsu” ASC abunəçilərdən xahiş edir ki, sayğac quraşdırılması ilə bağlı onlara müraciət edən şəxslərdən müvafiq sənədlər (iş vəsiqəsi və ya şəxsiyyət vəsiqəsi) tələb etsinlər. Eyni zamanda qeyri-qanuni ödəniş tələb edənlər barədə dərhal yerli Sukanal Sahələrinə və hüquq-mühafizə orqanlarına məlumat versinlər.

Rayon Sukanal sahələrinin əlaqə telefonları:

Sabunçu Sukanal sahəsi                            429-62-96

Suraxanı Sukanal sahəsi                            477-73-12, 477-90-47

Xəzər Sukanal sahəsi                                454-08-13, 554-95-37

Nizami Sukanal sahəsi                             570-15-60, 375-59-34

Nəsimi Sukanal sahəsi                             498-00-85, 498-00-89

Səbail Sukanal sahəsi                               492-44-47, 492-07-34

Yasamal Sukanal sahəsi                            432-64-74

Xətai Sukanal sahəsi                                379-20-86, 372-00-20

Nərimanov Sukanal sahəsi                       561-16-63, 562-48-74

Binəqədi Sukanal sahəsi                           562-25-54, 562-89-63

Qaradağ Sukanal sahəsi                            445-85-60, 445-07-27

Abşeron Sukanal İdarəsi                           349-39-99, 342-12-57

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı