Azərbaycanın “Eurovision-2011” təmsilçiləri Eldar və Nigar bu gün Düsseldorf səhnəsində ikinci məşqlərini ediblər.
Modern.az “Eurovision”un rəsmi saytına istinadən bildirir ki, təmsilçilərimiz bu dəfə müsabiqədə geyəcəkləri paltarda məşq ediblər. Qeyd edək ki, Nigar və Eldarın paltarları ağ rəngdədir. Dörd bek vokalçı isə qısa ağ və berj rənglərdə olan paltardadırlar.
Təmsilçilərimiz bu gün bir neçə dəfə məşq ediblər və onların çıxışında elə bir dəyişiklik olmayıb.
Qeyd edək ki, Nigarın paltarı Azərbaycanı 2009-cu ildə təmsil edən Aysel Teymurzadənin libasına oxşayır.





Modern.az