Modern.az

Elmira Süleymanova: “Əgər kimsə gözləyirsə ki, məhkəmənin, polisin vəzifələrini əvəz edək...”

Elmira Süleymanova: “Əgər kimsə gözləyirsə ki, məhkəmənin, polisin vəzifələrini əvəz edək...”

Ölkə

11 May 2011, 11:17

Ombudsman həbs olunan müxalifətçilərdən danışıb

“Mənim həbslərlə bağlı ən yüksək səviyyədə müraciətlərim olub. Kütləvi aksiyalarda həbs edilən, saxlanılanlarla bağlı məsələni araşdırmaq üçün dərhal DİN-ə müraciət edirik. Ombudsmanın səlahiyyəti bundan artıq deyil. Müxalifət tərəfindən tutulma və hər hansı zorakılıq faktları səsləndikdə biz dərhal onlara reaksiya veririrk”.
Modern.az-ın məlumatına görə, bu sözləri jurnalistlərə açıqlamasında İnsan Haqları Üzrə Müvəkkil Elmira Süleymanova müxalifətin aksiyalarında həbs olunmuş şəxslərlə bağlı sualları cavablandırarkən deyib.

Elmira Süleymanova bildirib ki, Ombudsmanın Beynəlxalq Konvensiyaya uyğun olaraq üçüncü tərəf kimi məhkəmlərdə iştirak hüququ var. Lakin eyni zamanda Ombudsman vurğulayıb ki, onlar məhkəmə proseslərinə qarışmırlar. E.Süleymanova bunu məhkəmələrdən çoxlu sayda şikayətlərin olması ilə bağlayıb. 
"Azərbaycanda məhkəmələr haqqında şikayətlər çoxdur, bu, sirr deyil. Heç kimə sübut etmək olmaz ki, məhz nəyə görə filankəsin məhkəmə işinə çıxdım, amma sizin işinizə çıxmadım. Ona görə də bu məsələlər tarazlaşdırılmalıdır. Ancaq bununla yanaşı, demək olmaz ki, biz məhkəmələrlə işləmirik. Qanuna uyğun olaraq, əgər süründürməçiliyə yol verilirsə, qərarlarla bağlı şikayətlər varsa, biz mütləq şəkildə müraciət edirik və vəziyyəti araşdırmağı, ədalətli, qanun çərçivəsində qərar qəbul etməyi xahiş edirik. Ombudsmanın vəzifəsi budur. Əgər kimsə gözləyirsə ki, məhkəmənin, polisin, ya da başqa qurumun vəzifələrini əvəz edək, bu, düzgün deyil”-deyə Ombudsman vurğulayıb.

Anar Rüstəmov

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı