
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti ölkə əhalisinə xəbərdarlıq ünvanlayıb. Qurumun Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən Modern.az saytına verilən məlumatda bildidlib ki, “Azərsu” abunəçilərdən 01 fevral 2011-ci il tarixindən sonra su və kanalizasiya xidmətlərinə görə yaranmış borclarını ödəməyi xahiş edib. Əks halda debitor borcu olan istehlakçıların su təchizatı qanunvericliyə uyğun olaraq qeyd-şərtsiz dayandırılacaq.
“Su təchizatı dayandırılmış fiziki və hüquqi şəxslərin şəbəkəyə təkrar qoşulmaları borclar tam ödənildikdən sonra mümkün olacaq. Abunəçilər borclarını bütün poçt şöbələrində və bank filiallarında ödəyə bilərlər”-deyə “Azərsu”dan bildirilib.
Xatırladaq ki, ölkə başçısının aprelin 8-də imzaladığı fərmanla əhalinin içməli su təchizatı və kanalizasiya xidmətlərinə görə 2011-ci il 1 fevral tarixinə “Azərsu” Açıq Səhmdar Cəmiyyətinə olan 294,2 milyon manat məbləğində borcları silinib.
Modern.az