Macarıstan paytaxtı Budapeştdə ömürlük həbsdə saxlanılan azərbaycanlı zabit Ramil Səfərovun atası Sahib Səfərov Bakıda cərahiyyə əməliyyatı keçirib. Modern.az-ın məlumatını əməkdaşımızla söhbətdə Sahib Səfərovun özü də təsdiqləyib. O, onurğa sütunda yırtığın olması səbəbiylə əmliyyat olunub.
“Əvvəl həkimlər düzgün diaqnoz qoymadılar. Bir neçə müddət səhv müalicə olundum. Sonda aparatdan keçəndə bildindi ki, onurğa sütünümda yırtıq var və əməliyyat etdilər” deyən Sahib Səfərov artıq xəstəxanadan çıxdığını və hazırda ev şəraitində müalicəsini davam etdirdiyini bildirib. Həkimlər ona özünü 2-3 ay qorumağı və uzanIqlı vəziyyətdə qalmağı məsləhət biliblər.
S.Səfərov səhhəti barədə oğlu Ramilin də xəbəri olduğunu qeyd edib. “Qardaşları ona məlumat verib. Hər gün zəng edir, halımı soruşur” vurğulayan müsahibimiz bildirib ki, yanına gələnlər də çoxdur.
“İstəmirdim ki, əməliyyat olunduğumdan kimsə xəbərdar olsun, amma hər kəs bildi. Sağ olsunlar, eşidən kimi tanınmış insanlar, yaxınlar da ziyarətə gəlirlər” deyə Sahib Səfərov əlavə edib.
Azərbaycanlı zabit Ramil Səfərovun Macarıstan paytaxtı Budapeştdə həbsdə saxlanılmasından 7 ildən çox zaman ötür. O, 2004-cü il fevral ayının 19-da Azərbaycan bayrağını təhqir edən erməni hərbçi Qurgen Markaryanı öldürməkdə təqsirli bilinib.
Aytən ƏLIYEVA