Modern.az

Abel Məhərrəmov: “Pensiya yaşı çatmış müəlllimlər təqaüdə çıxmırlar”

Abel Məhərrəmov: “Pensiya yaşı çatmış müəlllimlər təqaüdə çıxmırlar”

Ölkə

12 May 2011, 11:53

Modern.az saytının məlumatına görə, bu fikirləri Bakı Dövlət Universitetinin rektoru, millət vəkili Abel Məhərrəmov hakim partiyanın saytına açıqlamasında bildirib. O qeyd edib ki, bu gün pensiya yaşına çatmış müəllimlərin təqaüdə çıxmamalarının əsas səbəbi təqaüdlərin azlığıdır:

«Pensiya yaşına çatmış müəllimlər bu gün təqaüdə çıxmırlar. Bunun səbəbi isə təqaüdün azlığıdır. Dövlət qulluqçusu olanda isə pensiya təminatı da yüksək olur. Bu islahatın həyata keçirilməsində əsas məqsədlərdən biri də müəllimlərin pensiya təminatının yaxşılaşdırılmasına xidmət edir. Nəzərdə tutulur ki, müəllimlər təqaüdə çıxanda onların pensiyasının məbləği aldıqları maaşın həcminə yaxın olsun».

Millət vəkili təhsil işçilərinə dövlət qulluğu statusunun verilməsi məsələsinə də münasibət bildirib. «Hazırda təhsil sahəsində ciddi islahatlar gedir. Təhsil işçilərinə dövlət qulluqçusu statusunun verilməsi məsələsi də aparılan böyük islahatın vacib tərkib hissəsidir. İndiki şəraitdə ziyalılar məsələ ilə bağlı müvafiq təkliflərini verməkdədir. Hesab edirəm ki, bu proses mərhələlərlə həyata keçiriləcək”-deyə A.Məhərrəmov qeyd edib.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı