Modern.az

Məleykə Abbaszadədən abituriyentlərə müjdə: "Dövlət sifarişli yerlər artırılıb"

Məleykə Abbaszadədən abituriyentlərə müjdə: "Dövlət sifarişli yerlər artırılıb"

Ölkə

13 May 2011, 12:17

Modern.az saytının məlumatına görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) sədri Məleykə Abbaszadə bildirib ki, 2011-2011-ci tədris ili üçün respublikanın ali məktəblərinə tələbə qəbulu planı artıq Nazirlər Kabineti tərəfindən təadiqlənib. M.Abbaszadə deyib ki, bununla bağlı ətraflı məlumat “Abituriyent” jurnalının növbəti sayında veriləcək.

TQDK sədri bildirib ki, bu il ali məktəblərə qəbul kampaniyasında dövlət sifarişli yerlərin sayı artırılıb. Belə ki, əgər ötən il dövlər sifarişli yerlərin sayı 10429 olubsa, 2011-2011-ci tədris ilində bu rəqəm 10616 olacaq.

M.Abbaszadə onu da deyib ki, Tibb Universitetində 2011-2012-ci il tədris ili üzrə dövlət sifarişli ixtisaslarda təhsil haqları artırılıb. Onun sözlərinə görə, Tibb Universitetində təhsil haqları 1500-2000 manat arasında dəyişəcək.

Mail Ağaxanov

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı