Azərbaycanda nə baş verəcək? Qarabağda atəşkəs pozulacaqmı?
Modern.az saytı məşhur ekstrasens, kliniki-psixoloq Zirəddin Rzayevdən müsahibə götürüb. Açıqlamalarında bir sıra məqamlara toxunan görücü gələcək barədə bəzi məsələlərə dair proqnozlar verib.
Qeyd edək ki, Zirəddin Rzayev ona ünvanladığımız sualları elektron poçt vasitəsi ilə cavablandırıb.
- Zirəddin bəy, son dəvrlərdə ərəb dünyasında baş verən hadisələr indi dünyanın diqqət mərkəzində olan ən əsas məsəslələrindən biridir və hər kəs bu məsələni öz istədiyi kimi yozmaqla məşğuldur. Bu barədə çox ekspertlər öz fikrini bildirib. Sizin də məsələ ilə bağlı mövqeyinizi bilmək istərdik və bu proseslıərin arxasında kimlər dayanır.
- Doğrudur, ərəb ölkələrində baş verənlərin arxasında ABŞ və İsrailin dayandığını iddia edənlər var. Bu barədə deyilənlərin həqiqət olub-olmadığı barədə bir şey deyə bilmərəm. Ancaq hadisələrin axarı göstərir ki, çaxnaşmaların arxasında digər ölkələrin və qüvvələrin dayandığı artıq sirr hesab olunmur.
-Bir çoxları bu prosesin genişlənərək regionun daha digər əlkələrini əhatə edəcəyi barədə proqnozlar verirlər, xüsusən də İranla bağlı. Bu barədə nə deyə bilərsiniz?
- İranla bağlı sualınıza gəlincə, gələn il bu ölkədə ictimai asayiş kəskin pozulacaq, Tehranda partlayış olacağını görürəm. Ümumiyyətlə, qarşıdakı üç ildə - 2011-2013-cü illərdə İranı xoşməramlı olmayan ciddi dəyişikliklər gözləyir: Siyasi rejimdə böyük yeniliklər ola bilər, hətta rejimin dəyişməsi də mümkündür.
Bundan əlavə olaraq dünyada baş verəcək hadisələrlə bağlı proqnozlarıma gəlincə, yanılmadığımın zənnindəyəm. Bir daha təkrar edirəm ki, təbiət öz şıltaqlıqları ilə insanları hələ xeyli qorxudacaq, Sakit Okean çox təlatümlü olacaq. Yer kürəsi insanın ovcunun içində olan ürək kimi çırpınacaq. Bu dediklərimin bir qismi Yaponiyada baş verən zəlzələ və sunami ilə öz təsdiqini tapıb. Axı mən Yaponiyada zəlzələ gördüyümü demişdim. Amma 2012-ci ilin axırlarına kimi Venesuela, Braziliya, Kolumbiya, Argentina və Çilidə də təbii fəlakətlərin, Şimali Amerikanın cənubunda isə qasırğanın olacağını görürəm, Cənubi Amerikada kəskin təbii dəyişikliklər baş verəcək. Bu görüntüləri izah edə bilməsəm də, Şimali Amerikanın cənubunda qırmızı işıq, Fransada, Monqolustanda, Pakistanda, Türkiyədə qarışıqlıqlar görürəm...
-Dünyanı bürüyən bu təlatümlər, istər təbii, istərsə də iğtişaşların Azərbaycana hər hansı formada təsiri ola bilərmi?
- Xeyr. Dünyanı ağuşuna almış təbii fəlakətlərin və siyasi təlatümlər fonunda yaxın illərdə Azərbaycanda ciddi problemlərin yaşanacağını proqnozlaşdırmıram. Və belə hadisələr Azərbaycandə görünmür.
- Bizi narahat edən ən ciddi problemimiz olan Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişlərin olması və ya Qarabağda növbəti müharibə başlanması haqqında bəzi fikirlər səslənir. Belə bir ehtimal nə dədrəcədə realdır?
- Mən Ermənistanla Azərbaycan arasında ən azı bu il üçün müharibənin başlayacağını görməsəm də, ilin ikinci yarısında Ermənistanla münasibətlər gərginləşə, müəyyən müddətə atəşkəsin pozulma halları müşahidə oluna bilər. Ancaq yenə də deyirəm, böyük müharibənin olacağını, qan töküləcəyini görmürəm. Ermənistanın özündə isə siyasi vəziyyət xeyli gərginləşəcək.
- Müharibəsiz, danışıqlar yolu ilə işğal altında olan torpaqlarımızın qaytarılması mümkündürmü?
- Bəs müharibə olarsa, torpaqların geri qayıdacağına kim bizə qarant durur? Əgər bu mümkün olsaydı, rəhmətlik Heydər Əliyev özü müharibə variantına əl atardı. Atəşkəs müddətində müəyyən irəliləyişlərə nail olduğumuz, müəyyən itkilərdən qaça bidiyimiz bəllidir, amma mən siyasətçi olmasam da öz fikirlərimi deyirəm: bu gün müharibəyə hazır deyilik. Biz hər şeydən əvvəl kiminlə və kimlərlə savaşdığımızı müəyyənləşdirməli, bunun fərqində olmalıyıq. Ermənistan hazırda "arxalı köpək qurd basar" siyasətinə üstünlük verir. Çünki Qarabağ savaşını əslində Ermənistanla Azərbaycan arasında olan münaqişə kimi təqdim etmək doğru deyil. Nəyi nəzərdə tutduğumu yəqin ki, anladınız.
Modern.az