Modern.az

Hansı rayonda internet daha sürətli, hansında daha zəifdir?

Hansı rayonda internet daha sürətli, hansında daha zəifdir?

Ölkə

18 May 2011, 16:38

İnformasiya komminikasiya texnologiyaları sürətlə inkişaf edir. Hər gün yeni bir texniki icadın şahidi oluruq. Buna bir tərəfdən də internet sahəsində əldə olan naliyyətlər də kömək edir. Ötən əsrin 80-ci illərindən vüsət alan internet bu gün, yəni qısa zaman kəsiyində ən yüksək mərhələyə çatıb.  Əvəllər adi telefonlarla (dial-up) internete qoşulub, güc-bəla ilə nə isə edirdiksə, indi sürətli internetlə (ADSL) istənilən məlumatlar əldə etməklə yanaşı, videoyaya və ya kinoya baxırıq. Bir vaxtlar intenetin sürəti KB ölçülürdüsə, indi MB,GB-dan danışılır.

Bəşər tarixinin bu icadının belə sürətli inkişafından hər kəs müxtəlif dərəcələrdə yararlanır. Kosmosda peyki olan dövlətlər bunu rahat əldə etsələr də, peyki olmayanlar başqa dövlətlərdən internet almaq məcburiyyətində olur. Bu da bir sıra problermlərə səbəb olur. Məsələn, internet qiymətləri baha olduğundan insanlar sürətli internetdən daha az istifadə edir.

Azərbaycanda internetdən istifadənin ilk illəri 90-cı illərə təsadüf edir. İndi qlobal şəbəkəyə dial-upla qoşulanlar çox olsa da, genişzolaqlı qoşulmadan istifadə edənlər də az deyil. Amma sürətli internetin üstünlüyü yalnız paytaxtda və bir neçə şəhərdə müşahidə olunur. Ümumilikdə ölkə üzrə dial-upla internetə qoşulanlar sürətli qoşulmadan çoxdur.
Bəs rayonlarımızda internetə qoşulma imkanları necədir? İnsanlar internetə keçmək üçün ən çox hansı vasitədən istifadə edirlər?
Rayonlar üzrə yalnız bir provayder “Aztelekom” İstehsalat Birliyi fəaliyyət göstərdiyindən Modern.az-ın əməkdaşı suallarına bu qurumdan cavab verilib.  

“AzTelekom” İstehsalat Birliyinin mətbuat xidmətinin rəhbəri Vidadi İsmayıl bildirib ki, bütün rayonlarda genişzolaqlı internet xidmətləri göstərilir.

“Bundan əlavə, hardakı ATS-telefon var, orda “Aztelekom” Istehsalat Birliyi internet xidməti göstərilir. Yəni genişzolaqlı qoşulmadan əlavə, adi-dial-up üsulu ilə qoşulma da var. Ucqar rayona gedən hər noutbuklu insan evdəki telefon vasitəsilə, müqavilə bağlamadan, əvvəlcədən ödəniş etmədən internetə 178 xidmətindən istifadə edərək bağlana bilər” deyən V.İsmayılın sözlərinə görə, bu zaman istifadə haqqı telefon danışıq qəbzində əks olunacaq.

Mətbuat xidmətinin rəhbəri artıq dial-up sistemi köhnəldiyi üçün “Genişzolaqlı internetin inkişaf konsepsiyası” deyilən konsepsiya qəbul etdiklərini də vurğulayıb.

“Həmin konsepsiya üzrə bütün kəndlərdə genişzolaqlı internetin tətbiqini ilin axırına qədər başa çatdırmaq istəyirik. Bunu etməyə bizim imkanlarımız da olacaq. 2013-cü ilin sonuna qədər isə kəndlər üzrə bizim hər 100 telefon abunəçimizin 30-da genişzolaqlı internetə qoşulma imkanı olacaq”.

Hazırda rayonlarda genişzolaqlı qoşulmanın elə də böyük rəqəm olmadığını qeyd edən Vidadi İsmayıl bildirib ki bu rəqəm “Aztelekom” şəbəkəsinin 1/10—dən aşağıdır.

“Rəqəm elə də ürəkaçan deyil, amma biz elə bir konsepsiya qəbul etmişik ki, bunu 100 dəfə artıra bilərik. Amma indi hansı rayonlarda genişzolaqlı internetə qoşulmanın çox olduğunu deyə bilmərik” deyən Vidadi İsmayıl bildidb.

Onun fikrincə, bu gün üçün minumal təlabat bütün rayon mərkəzlərində və şəhərlərdə təmin olunub.

“Elə bir rayon mərkəzimiz, şəhərimiz yoxdur ki, orda genişzolaqlı internetə qoşulma imkanı olmasın.
Rəqəmsal uçurum deyilən bir anlayış var, yəni paytaxtda, iri şəhərlərdə əldə olunan xidmətlərin yenidən əldə olunmasının mükünsüzlüyü. Bu rəqəmsal uçurumu keçən il bəyan etdik ki, aradan qaldırmışıq. Bu gün “Aztelekom” İstehsalat Birliyi şəbəkəsində analoq tipli avadanlıq, başqa sözlə desək, sovet dövründən qalmış bir dənə olsun nömrə, avadanlıq yoxdur. Keçən il elektronlaşdırmanı biz tamamilə başa çatdırdıq. Yəni uçurum, böyük fərq yoxdur. Sadəcə say fərqi var ki, 2013-cü ilin yekununa qədər də şəbəkəmizdə genişzolaqlı internet tarifi tam ödəniləcək”.

“Aztelekom” İstehsalat Birliyinin sözçüsü onu da vurğulayıb ki, hər 100 nəfər abunəçiyə 30 genişzolaqlı xətt konsepsiyasını Beynəlxalq Telekomunikasiya İttifaqı 2015-ci ildə 50 faiz etmək istəyir.
“Amma biz 2013-cü ildə 30 faizi alacağıq. Yəqin ki, 2015-cü ildə bu rəqəm daha çox olacaq”.

Vidadi İsmayıl rayonlarda yalnız bir provayderin xidmət göstərməsinə və internet qiymətlərinin aşağı salınması məsləsinə də münasibət bildirib.

“Bölgələrə başqa provayderlər xidmət göstərmək istəyərsə, biz şad olarıq. Eyni zamanda onlara bütün resurslarla kömək edərik.

Qiymətlərin aşağı salınmasına gəlincə isə biz mülkiyyət formasına görə dövlət müəssisəsiyik.

Dövlətin də Rabitə və İnformasiya Texnologiya Nazirliyi, Tarif Şurası var ki, bizə tarif nə qoyulacaq, biz də onu tətbiq edəcəyik. Biz ancaq şad olarıq ki, qiymətlər aşağı ensin. Bizim işimizin adı xalqımıza xidmətdir, bizim xalqımız da bütün xidmətlərin ən yaxşısına layiqdir” deyən mətbuat xidmətinin sözçüsü əlavə edib.

Rabitə və Texnologiyaları Nazirliyinin rəsmi məlumatına görə, əhalinin hər 100 nəfərinə düşən 15 ədəd kompüter düşür, əhalinin hər 100 nəfərindən isə 50-si internetdən istifadə edir.
Nazirliyin məlumatına görə, hələ ötən il ərzində internet infrastrukturunun liberallaşdırılması və qiymətlərin endirilməsi məqsədi ilə həyata keçirilmiş tədbirlər nəticəsində internetin qiymətləri ayrı-ayrı sürətlər üzrə təqribən 50% aşağı salınıb.
Belə ki, genişzolaqlı xidmətin tarifləri 1 mbit/s üzrə 29 manatdan 20 manata, 2 mbit/s üzrə 65 manatdan 30 manata endirilib.

Hazırda Azərbaycanda 30-dan çox internet provayderi fəaliyyət göstərir.

Aytən ƏLİYEVA

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı