Modern.az

Kitab və oxucu auditoriyası bu gün...

Kitab və oxucu auditoriyası bu gün...

Ölkə

24 May 2011, 11:38

Yazını ən son oxuduğu kitabı xatırlamayanlara həsr edirəm....

Yazacağım mövzu haqqında fikirlər sabit deyil, kimsə kitab oxumağından razılıq edir, kimsə yazılan kitabların səviyyəsindən narazı olduğunu bildirir, digərləri də kitab oxumağın qəti əleyhinədirlər.       
İnsanların dünyagörüşünün və intellektual səviyyəsinin artmasında, eləcə də həyat təcrübəsinin formalaşmasında kitabların rolu danılmazdır. Hətta bəzi kitablar əyləncəli vaxt keçirməyə də kömək edir. Ancaq yaş kateqoriyasını nəzərə alsaq, kitablara olan maraq olduqca müxtəlifdir.

Maraqlıdır, görəsən bu günümüz üçün kitab mövzusu haqqında gənclər nə deyirlər?

Onlar hansı tip kitabları oxumağa daha çox üstünlük verirlər və ən son oxuduqları kitab hansı olub? Bu və digər suallarımıza cavab almaq üçün müxtəlif ali təhsil ocaqlarında özəlliklə də texniki ixtisaslarda təhsil alan bir sıra tələbələri sınağa çəkdik.

Ruslan  İbrahimzadə ( GDU-nun tələbəsi): “Kitab oxumaq dünyagörüşün artmasına, həyata baxışını müəyyən qədər dəyişməsinə səbəb olur. Tez-tez kitablar alıram. İxtisasım texniki sahə olsa da, bədii ədəbiyyata çox müraciət edirəm. Ən son oxuduğum kitab isə Çingiz Abdullayevin “Qanın üç rəngi” romanıdır”.

Tünzalə Sadıqova (BSU-nun tələbəsi): “Tələbə olaraq bədii ədəbiyyatdan çox tədris kitablarından istifadə edirəm. Lakin bu cür kitabların aztirajlı və hələ də kiril əlifbasında olması məni narahat edir. İmtahan zamanı sualları tam əhatə edə bilmək üçün xarici dilli kitablara müraciət etməli oluruq. Nəzərə almalıyıq ki, nə qədər yaxşı dil bilsək də, elmi nəzəriyyəni anlayacaq gücdə deyilik. Ən son 3 ay bundan əvvəl Dostoyevskinin “İdiot” əsərin oxumuşam”.

Tural Əsgərov (ADNA-nın tələbəsi): “Kitab oxumaq mənin üçün yaxşı mənada əyləncədir. Harda istəsəm, oxuyuram, həm say artırıram, həm də savadım, dünyagörüşümü artırıram. Şeir, roman, hekayə fərq qoymuram. Ən çox da oxuduğum kitabları müqayisə etməyi sevirəm. Çox zaman öz yazarlarımızın qələminin gücünə daha çox inanıram. Bəlkə də o əsərdə bizim öz mühitimiz təsvir olunur bilmirəm. Ən son oxuduğum kitab Qurban Səidin “Əli və Nino” əsəri olub. Bu əsərdə tarixilik və məhəbbət səhnələri paralel gedirki, bu da insanın beynini yormur”.

Sovet İttifaqı dövründə Bakıda kitab mağazalarının sayı 150-yə çatırdı. Təəssüflə qeyd etməliyik ki, hal-hazırda əhalisinin sayı 3 milyondan çox olan Bakıda fəaliyyət göstərən kitab mağazalarının sayı 8-10 aralığındadır. Bu da o deməkdir ki, təqribi olaraq hər 400 min nəfərin payına cəmi bir kitab mağazası düşür. Deməli əvvəlki dövrə nisbətən indiki dövrdə kitablara maraq 20 dəfə azalıb. Bakıda fəaliyyət göstərən kitab mağazaları isə bunlardır:
“Akademik” kitab mağazası, “Akademiya kitab mərkəzi”, “Dostum”, “Əli və Nino”, “Bukinist”, “Əl Huda”və nəhayət, Prezident Administrasiyasına məxsus “Kitab evi”.

Kitab mağazalarındakı mövzumuzla əlaqədar hazırkı vəziyyətin necəliyini bilmək üçün köhnə Bakımızda - Qız Qalasının yaxınlığında yerləşən 1978-ci ildən fəaliyyət göstərən “97 nömrəli kitab mağazası”na yollandıq. Mağazanın sahibi Elman Mustafayev qeyd etdi ki, hazırda oxcuların kitab alıcılıq qabilliyyətini əvvəlki dövrlə müqayisə etmək olmaz.

“Kitab mağazasına müraciət edənlərinin sayının azalması təbiidir. Bunun da bir sıra səbəbləri var. Əvvəla, kitabı nəşr etmək üçün lazım olan poliqrafiya materialları xaricdə hazırlanıb gətirilir ki, bu da qiymətin artmasına səbəb olur. İkinci əsas səbəbdə texnika və internetin inkişafı ilə əlaqəlidir. Müasir dövrün gəncləri daha çox elektron kitablara önəm verirlər”.

Bildiyimiz kimi, kitablar mövzu baxımından öz rəngarəngliyi ilə də seçilir. Oxucuların zövqü də bir deyil. Kimisə romantik xarakterli kitablar oxuyur, kimisi  komediya janrını bəyənir, kimisi də  tarixi kitabların oxucusudur. Bəs müasir gənclər nə tip kitablar almağa daha çox üstünlük verirlər?
Bu sualımızı Elman müəllim belə cavablandırdı: “Bizim kitab mağazamızda daha çox ədəbiyyat, incəsənət, uşaq ədəbiyyatı, turistlər üçün nəzərdə tutulan  kitabalar satılır. Gənclər kitab alrkən ən çox dedektiv, klassik ədəbiyyat və yeni yazarlarlrın kitablarnı alırlar. Tələbələrsə, tədris ədəbiyyatı almağa daha çox önəm verirlər. Qeyd edim ki, həm sovet, həm də müstəqillik dövründə bu işlə məşğul olmuşam və 44 ildir kitalar aləmindəyəm, cüzi fərqlər olsa da, bu gün gənclərin kitaba olan marağından narazı deyiləm”.

Nə qədər narazılıq edilsə də, bu dəfəki  sorğumun qəhrəmanları şikayətlənilən cəmiyyətin bir neçə nümayəndələri idilər. Bu kimi insanlar minlərlərdir. Bir şeyi nəzərə alaq ki, istər kitabxanada oxunanlar, istərsə mağazadan alıb evdə, istərsə də  internet vasitəsilə elektron kitabların oxucusu olsunlar. Axı, harada oxumağımızın nə fərqi var, əsas odur ki, savadlı nəsil yetişməkdə davam edir. Necə deyərlər sükanı belə saxlayın.

Dürrə HƏSƏN

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı